Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Hər şey insan üçün…

Hər şey insan üçün…

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Atomlardan qalaktikalara qədər hər şeyin bir-biri ilə sıx bağlı olması canlı və cansız bütün varlıqların insana xidmət etmək üçün yaradıldığını göstərir. Zəhərli arıdan min bir dərdə dərman olan balın alınması, əlsiz ipəkqurdudan min bir insana yaraşıq verən ipəyin əldə edilməsi, ev heyvanlarının ətləri, südləri və yunları ilə insanın xidmətində dayanması buna ən bariz misaldır. Bu prizmadan baxdıqda insan böyük bir kainat, kainat isə böyük bir insandır. Artıq son vaxtlar qərb elmi dairələrində də bu baxış bucağı ağırlıq qazanmaqdadır. Buna görə də, son vaxtlar “Anthropic Principle” nəzəriyyəsi ilə bağlı (mənası “hər şey insan üçündür”, “hər şey insana xidmət göstərir” deməkdir) geniş konfranslar keçirilməkdə və kitablar dərc olunmaqdadır. Belə konfranslardan birinin müəllifi isə London Universiteti İmperial Kolleci Fizika fakültəsinin professoru Fenq Lidr. İndi də hər şeyin insan üçün yaradıldığını sübut edən faktları çinli alimin dilindən eşidək:
“Hər şeydən əvvəl dünyamızı əhatə edən fiziki və kimyəvi mühitə nəzər salsaq, hər şeydə bizi təəccübləndirəcək dərəcədə bir sabitlik olduğunu görərik. Məsələn, atmosferdəki qazların nisbəti, yer səthindəki havanın temperaturu, yer səthindəki atmosfer təzyiqi və s. bu sabitliyin ən bariz nümunəsidir. İndi isə bu misallara aydınlıq gətirək.
Əgər Yer Kürəsi Günəşə indikindən daha yaxın olsa idi, Yer Kürəsində temperatur artacaqdı. Fərz edək ki, Yer Kürəsində temperatur + 100 dərəcə olsa idi, canlılardakı fermentlər məhv olacaq və canlıların yaşaması mümkün olmayacaqdı. Eyni şəkildə temperatur - 200 dərəcə olsa idi, kifayət qədər istilik enerjisi olmayacaq və Yer Kürəsində bir çox kimyəvi reaksiyalar getməyəcəkdi. Digər tərəfdən, atmosferin temperaturu 100 dərəcə Kelvin olmalıdır ki, insan havanı tənəffüs edə bilsin.
Yer Kürəsinin kütləsi də nə çox kiçik, nə də çox böyükdür. O, öz ətrafında bir atmosfer hava saxlaya biləcək kütləyə malikdir. İnsanın hərəkət etməsi onun bütün üzvlərinin birgə hərəkət etməsindən asılıdır. Bu da insan orqanizminin kifayət qədər bərk struktura malik olmasını tələb edir. Təbii ki, burada yerin cazibə qüvvəsinin də rolu çox vacibdir. Belə ki, aparılan hesablamalara görə, insanın Yer Kürəsində hərəkət etməsi üçün cazibə qüvvəsi ilə cismin kütləsi düz mütənasib olmalı, Yer Kürəsinin kütləsi isə 4x1025 - 4x1028 qr təşkil etməlidir. Bütün bu rəqəmlər bir daha Yer Kürəsindən başqa heç bir planetin bu fiziki keyfiyyətlərə malik olmadığını göstərir. Bu rəqəmlər həmçinin funksional baxımdan kainatda hər şeyin insana xidmət etdiyini sübut edir. Digər tərəfdən, dağların yüksəkliyinin sabit olması da Yer Kürəsinin insan həyatına uyğun yaradılmasına ən bariz misaldır. Əgər dağların hündürlüyü 10 km-dən çox olsa idi, Yer Kürəsi kainatda təhlükəsiz hərəkət edə bilməyəcək, insanlar Yer Kürəsində təhlükəsiz yaşaya bilməyəcəkdilər.
Digər tərəfdən, neytron və proton nisbətinin də Yer Kürəsindəki həyatın formalaşmasındakı rolu böyükdür. Əgər neytronun kütləsi protonun kütləsi ilə eyni olsa idi, onda neytron/proton = 1 olacaqdı. Nəticədə, helium 100 faiz olacağı üçün digər elementlər, xüsusilə də su, mövcud olmayacaqdı. Suyun olmaması isə Yer Kürəsində həyatın olmaması deməkdir. Digər tərəfdən, kainatın başlanğıcında neytronlar yaradılmasa idi, bu günkü kimyəvi elementlər olmayacaqdı. Bir sözlə, insanın yer üzündə mövcud olması üçün yer üzünün bütün fiziki və kimyəvi şərtləri əvvəlcədən hazır olmalı idi. Bütün bunları düşündükdən sonra istər-istəməz belə bir sual meydana çıxır: “Hər şey insana xidmət etdiyi halda, onda insan kimə xidmət edir?..”
Çinli professor bu suala cavab vermədən sözlərini bir çin atasözü ilə bitirdi: “Birdən birlər, birlərdən isə ikilər, üçlər doğur, bununla da hər şey bir başlanğıcda birləşir”...
Biz isə, öz növbəmizdə, bu sualın cavabını Qurani-Kərimdən bir ayə ilə vermək və yazımızı burada sona çatdırmaq istəyirik: “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!). O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!” (Bəqərə surəsi, 2/22)
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 31 May 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see697

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see666

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see664

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see512

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see476

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see473

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see457

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see408

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see360

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see353

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see352

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see340

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see338

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see335

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see332

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see328

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see324

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see323

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see315

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see302
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri