Icma.az
close
up
RU
Anasının cəsədini gizlətdi: Onun kimi geyinib pensiyasını almağa davam edib

Anasının cəsədini gizlətdi: Onun kimi geyinib pensiyasını almağa davam edib

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

İtaliyada bir kişi, anasının cəsədini gizlədərək onun kimi geyinib pensiya almağa çalışmaqda ittiham olunur.

Məlumata görə, İtaliyada bir kişi 2022-ci ildə vəfat edən anasının ölümünü rəsmilərə bildirməyib və onun pensiyasını almağa davam edib. Hətta şəxsiyyət vəsiqəsini yeniləmək üçün anası kimi geyinərək bələdiyyəyə getdiyi iddia edilir.

Sherg.az xəbər verir ki, şimaldakı Mantua şəhəri yaxınlığında yerləşən Borgo Virgilio qəsəbəsində yaşayan 56 yaşlı kişinin anasının saç modelinə bənzər parik taxdığı, makiyaj etdiyi, zinət əşyalarından istifadə etdiyi və yaşlı qadın kimi yeriməyə çalışdığı bildirilir.

Şəxsiyyət vəsiqəsini yeniləmək üçün bələdiyyə binasına gəldikdə, əməkdaşların şübhələnməsi nəticəsində məsələ polisə bildirilib.

Rəsmilər kişinin gətirdiyi şəxsiyyət vəsiqəsi fotosunu arxivdəki şəkillərlə müqayisə ediblər. Daha sonra evə gedən polis, yaşlı qadının cəsədini çamaşır otağında gizlədilmiş halda aşkarlayıb.

Borgo Virgilio Bələdiyyə başçısı Francesco Aporti açıqlamasında kişinin “yaşlı bir qadın kimi içəri süzüldüyünü” deyib.

Aporti bildirib: “Dodaq boyası çəkmişdi, dırnaq boyası, zinət əşyaları və köhnə üslublu sırğalar taxmışdı. Tünd qəhvəyi parik istifadə edirdi. Qadın səsi çıxarmağa çalışırdı, amma bəzən səsi kişi kimi gəlirdi.”

Bir bələdiyyə əməkdaşı kişinin boynunun “həddindən artıq qalın” olduğunu, əlindəki qırışların isə “85 yaşlı qadının əlinə oxşamadığını” görərək vəziyyəti rəhbərliyə bildirib.

"Corriere" qəzetinin yazdığına görə, kişi işsiz tibb işçisi olub və anasının pensiyası ilə yanaşı, onlara məxsus üç əmlakdan ildə təxminən 53 min avro gəlir əldə edirmiş.

İtaliyada bu cür hallar əvvəl də yaşanıb. 2023-cü ildə Veronada bir kişi anasının cəsədini beş il evdə saxlayaraq pensiyasını çəkməyə davam etmişdi. Həmin il Pugliada başqa bir kişinin atasının cəsədini 10 il evdə gizlətdiyi üzə çıxmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri