Icma.az
close
up
RU
Anatoli Banişevskinin anım günüdür İdman və Biz

Anatoli Banişevskinin anım günüdür İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anım günüdür.

İdman.biz xəbər verir ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski kökləri Polşaya gedib çıxan ukraynalı ailəsində dünyaya gəlib.

Futbolda ilk addımlarını paytaxtın “Lokomotiv” komandasında atan hücumçu sonradan həmin illər “Neftyanik” adlanan indiki “Neftçi”yə keçib. 17 yaşında - 1963-cü ildə “Neftçi”də debüt edən Anatoli "ağ-qaralar”ın heyətində (1963-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol vurub. O, ölkə kuboklarında 30 matçda 15 dəfə fərqlənib.
1966-cı ildə "Neftçi” ilə ölkə çempionatının bürünc mükafatçısı olan forvard həmin il SSRİ yığması ilə dünya çempionatının yarımfinalçısı olub. O, 1972-ci ildə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirən (49 oyun) və fərqlənmiş (20 qol) "Neftçi”li "Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

Rusiya və Ukrayna klublarından dəfələrlə cəlbedici təkliflər alsa da, Banişevski Bakını tərk etmək istəməyib və “ağ-qaralar”a sadiq qalıb. “Neftçi”dəki parlaq oyunu sayəsində o, 1965-ci il iyulun 4-də Braziliya millisi ilə yoldaşlıq matçında SSRİ yığmasında debüt edib.

“Neftçi”də oynadığı illərdə ümumilikdə 136 qol vuran hücumçu klub tarixinin ikinci ən yaxşı bombardiridir. O, yalnız 142 qola sevinən Samir Ələkbərovdan geri qalır.
SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalıb. O, 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb

Futbol veteranı "Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin "Avtomobilçi” klubunda (1984-1987), Burkina Fasonun gənclər yığmasında (1987-1988) və "Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 10-da 51 yaşında vəfat edib.

Banişevski ölümündən bir il əvvəl "Şöhrət ordeni” ilə təltif olunub. Artıq tarixin yaddaşına köçən “Viləş” klubunun ev oyunlarını keçirdiyi Masallı şəhər stadionu əfsanəvi futbolçunun adını daşıyır.

Anatoli Banişevski, UEFA-nın versiyasına görə, 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib. O, 2011-ci ildə Azərbaycan futbolunun 100 illiyində əsrin futbolçusu adına layiq görülüb.
"Neftçi”yə sədaqətini heç vaxt itirməyən "9 nömrə” azarkeşlərin yaddaşında əbədi olaraq qalacaq.
Allah rəhmət eləsin, Banya! Sən bizim qəlblərdə həmişə yaşayırsan!

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Dekabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri