Anatoli Banişevskinin 80 ci ildönümü qeyd olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 23 fevral, Cavid Əliyev, foto Orxan Kərimov, AZƏRTAC
Uzun illər “Neftçi” klubunda, SSRİ millisinin heyətində çıxış etmiş və öz dövrünün ən güclü, ən istedadlı hücumçularından olmuş Anatoli Banişevskinin anadan olmasının 80-ci ildönümü münasibətilə mərasim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə baş tutan tədbirdə mərhum futbolçunun yaxınları və Azərbaycan futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Anatoli Banişevskinin Azərbaycan futbol tarixindəki əvəzsiz rolundan danışıblar. Qeyd olunub ki, o, təkcə “Neftçi”nin deyil, ümumilikdə Azərbaycan futbolunun simvollarından biri olub. Yüksək texnikası, qol duyumu və meydandakı liderliyi ilə azarkeşlərin böyük sevgisini qazanıb. Onun SSRİ çempionatlarında və beynəlxalq oyunlarda göstərdiyi parlaq çıxışları bu gün də xatırlanır.
Ailə üzvləri onun böyük futbolçu həm də qayğıkeş ata olduğunu bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 23 Fevral 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















