Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 9 aprel, AZƏRTAC
AFFA-nın təşəbbüsü və “Azərpoçt” MMC-nin dəstəyi ilə Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin 80 illik yubileyi münasibətilə yeni poçt markaları dövriyyəyə buraxılıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, yeni filateliya məhsulu A. Banişevskinin zəngin idman irsini əks etdirir. Buraxılış bir poçt markasından ibarətdir. Eyni zamanda yubiley münasibətilə xüsusi poçt kartları da hazırlanıb.
Poçt blokunun tirajı 2500, poçt kartlarının tirajı isə 1000 ədəddir. Bu təşəbbüs A. Banişevskinin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Anatoli Banişevski XX əsrdə Azərbaycanın ən görkəmli futbolçularından biri kimi tarixə düşüb. O, SSRİ milli komandasının heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub, 1972-ci il Avropa çempionatında isə gümüş medal qazanıb. Klub səviyyəsində 1966-cı ildə “Neftçi”nin tərkibində SSRİ çempionatının bürünc mükafatçısı olub.
SSRİ millisinin heyətində 50-dən çox oyun keçirən Banişevski 1996-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2004-cü ildə isə UEFA-nın versiyasına əsasən Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 Aprel 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















