Icma.az
close
up
RU
Ancelina Coli qızı ilə alış verişdə belə görüntüləndi

Ancelina Coli qızı ilə alış verişdə belə görüntüləndi

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ancelina Coli qızı ilə alış-verişdə belə görüntüləndi

Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli 16 yaşlı qızı Vivyenlə Los-Ancelesdə görüntüləniblər.

OLAY yazır ki, “ana-bala” alış-veriş edərkən paparatsiyaların obyektivinə tuş gəlib. 

Gəzinti üçün 49 yaşlı aktrisa orta uzunluqda ağ libas, üzərinə isə uzun bej palto geyinib. Coli görünüşünü  qara balet ayaqqabılar və böyük gün eynəkləri ilə tamamlanıb. 

Vivyen isə ulduzlu açıq boz rəngli sviter, qara cins şalvar və ağ-qara idman ayaqqabısı geyinərək daha rahat üsluba üstünlük verib. 

Ana və qızı əllərində alış-veriş olan kağız torbalar ticarət mərkəzini tərk ediblər.

Sosial şəbəkə əhli qızın oğlan kimi geyindiyini qeyd edərək, Vivyenin üslubunu uzun müddət müzakirə ediblər. Onlar bunun Vivyenin daim paparatsiyaların əhatəsində olmaqdan narahat olması ilə bağlı olduğunu düşünüblər.

Həmçinin izləyicilər Vivyenin yorğun göründüyünü görüb və bunun valideynləri arasında uzun sürən məhkəmə çəkişmələri arasında davam edən çətin münasibətlə bağlı olduğunu yazıblar.

Qeyd edək ki, Vivyen Coli Ancelina Coli və Bred Pittin üç bioloji övladından biridir. Ulduz cütlüyün ümumilikdə altı övladı var: övladlığa götürülmüş uşaqlar - 23 yaşlı Maddoks, 20 yaşlı Paks və 19 yaşlı Zahara, həmçinin bioloji uşaqlar - 18 yaşlı Şilo və 16 yaşlı əkizlər Noks və Vivyen. Daha əvvəl məlum olmuşdu ki, hər üç qız Pitt soyadından imtina ediblər.

Aktyorlar 2005-ci ildən birlikdə olub və 2014-cü ildə evləniblər. Lakin toydan iki il sonra onların ayrılması məlum olub. Boşanma prosesi səkkiz ildən çox davam etdi və yalnız 2024-cü ilin dekabrında başa çatıb.

Hazırda 61 yaşlı Bred Pitt 32 yaşlı dizayner İnes de Ramonla münasibətdədir. Aktyorun onunla evlənməyi planlaşdırdığı barədə şayiələr yayılsa da, cütlük arasında nikahdan əvvəl razılaşma ilə bağlı fikir ayrılıqları yaranıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://olay.az
archiveBu xəbər 15 Fevral 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri