Nə qədər sərnişin metrodan ödənişsiz istifadə edib? KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Sentyabrın 23-dən bəri 676 760 sərnişin “Avtovağzal” və “Xocəsən” stansiyalarından ödənişsiz istifadə edib”.
KONKRET.az xəbər verir ki, bu barədə cavab olaraq “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, təkcə oktyabr ayında isə ümumilikdə 556 424 sərnişin “Avtovağzal” və “Xocəsən” stansiyalarından ödənişsiz istifadə edib.
“Hazırda “Avtovağzal” və “Xocəsən” stansiyalarında ödənişsiz keçidin hansı müddətədək davam edəcəyi ilə bağlı konkret tarix müəyyən edilməyib. Bununla bağlı qərar nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında veriləcək”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, sentyabrın 23-dən etibarən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 03 Noyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















