Icma.az
close
up
RU
Süd vəzi xərçəngində süni intellekt inqilabı!

Süd vəzi xərçəngində süni intellekt inqilabı!

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Həkimlərin yerini almayacaq, amma çox böyük dəstək olacaq


Bu günlərdə sağlamlıq problemlərində süni intellektə müraciət etmək adi hal alıb. Artıq təkcə texnologiya deyil, tibb dünyasının da “parlayan ulduzu” sayılan süni intellekt mühüm bir sualı gündəmə gətirir: Süni intellekt həkimlərin yerini ala bilərmi?

Sherg.az “milliyet.com.tr”yə istinadən xəbər verir ki, xüsusilə döş vəzi  xərçənginin diaqnozunda “ikinci baxış gözü” kimi çıxış edən bu sistemlər, insan zəkası ilə yarışan yeni bir dövrün başlanğıcını xəbər verir. Döş cərrahı professor Fatih Aydoğan, süni intellektin bu sahədəki rolunu izah edib.


Süni intellekt həkimin ən güclü köməkçisinə çevrilib

Mütəxəssislərin fikrincə, süni intellekt artıq sadəcə texnoloji vasitə deyil, radiologiya və patalogiya sahəsində həkimlərin ən etibarlı yardımçısıdır.

Xüsusilə mamoqrafiya görüntülərinin təhlilində süni intellekt, insan gözündən yayınan ən kiçik detalları belə aşkar edərək erkən diaqnoz imkanlarını artırır. Bu sayədə süd vəzi xərçəngində fərdiləşdirilmiş müalicə və daha yüksək sağ qalma nisbəti əldə edilə bilər.


Koreya və Sinqapur təcrübəsi

Amerika Döş Cərrahları Assosiasiyası tərəfindən mükafatlandırılan ilk türk alim olan professor Aydoğan, süni intellekti həm diaqnoz, həm də müalicə mərhələlərinə tətbiq edən mütəxəssislərdəndir.

O, bu marağının Koreya və Sinqapur kimi süni intellekt tibb mərkəzlərini ziyarəti zamanı başladığını deyib. Aydoğan bildirib ki, Koreya süni intellektin diaqnostik məqsədlərlə istifadə olunduğu ilk ölkələrdən biridir və oradakı ASAN Medical Center onun üçün mühüm təcrübə mənbəyi olub.

Sinqapur isə “ağıllı millət” vizyonu çərçivəsində süni intellektə strateji investisiyalar yatırır. Aydoğan, burada süni intellektin multidissiplinar şuraların qərarları ilə müqayisə edildiyi çoxmərkəzli bir tədqiqatda iştirak etdiyini bildirib.


“Süni intellekt analiz edir, qərarı həkim verir”

Prof. Aydoğan vurğulayıb ki, süni intellekt həkimin yerini alan sistem deyil, əksinə onun qərarvermə prosesini dəstəkləyən bir vasitədir.

“Süni intellekt görüntüləri analiz edir, ehtimal olunan lezyonları işarələyir, məlumatı isə daha sürətli və təhlükəsiz şəkildə həkimin qarşısına gətirir. Amma unutmamaq lazımdır ki, süni intellekt sadəcə analizi görür; xəstəni görən, hiss edən və anlayan isə həkimdir. Alqoritm görüntünü oxuya bilər, amma xəstənin hekayəsini, genetik riskini, qorxularını və gözləntilərini qiymətləndirə bilməz. Qısacası, analiz edən süni intellekdir, qərarı verən isə həmişə həkimdir.”

 Aydoğan əlavə edib ki, hazırda müxtəlif süni intellekt proqramları sınaqdan keçirilir və ən etibarlı, dəqiq sistemi seçmək üçün klinik tədqiqatlar aparılır.


Patologiyada da süni intellekt dəstəyi

Patologiya üzrə mütəxəssis professor İlknur Türkmen isə bildirib ki, artan xərçəng halları və azalan patolog sayı səbəbilə süni intellekt bu sahədə də böyük əhəmiyyət kəsb edir:

“Süni intellekti artıq rutin analizlərdə istifadə edirik. Bu, bizə daha vacib klinik qərarlara vaxt ayırmaq imkanı yaradır. Həmçinin bəzi hallarda süni intellekt kimyaterapiyaya reaksiyanı əvvəlcədən təxmin edə bilir, beləliklə bahalı testlərə ehtiyac azaldılır.”


“Süni intellekt həkimi əvəz etmir, onu gücləndirir”

Aydoğanın sözlərinə görə, bəzi sahələrdə süni intellekt “təhlükə” kimi qəbul olunsa da, tibbdə bu, əksinə, insanı tamamlayan və onun bacarığını artıran bir yenilikdir.

Süni intellekt mamoqrafik görüntüləri analiz edərək radioloqa “yorulmayan ikinci göz” kimi dəstək olur. Bu sayədə kiçik şişlərin erkən aşkarlanma faizi artır.

Bundan əlavə, süni intellekt HER2 patoloji testlərində (xərçəng hüceyrələrinin böyüməsini sürətləndirən zülal) dijital analizlərlə mühüm nəticələr əldə etməyə imkan verir.


Gələcək: fərdiləşdirilmiş müalicə dövrü

Gələcəyə dair fikirlərini bölüşən Prof. Aydoğan deyib:

“Süni intellekt gələcəkdə müalicəni tamamilə fərdiləşdirəcək. Xəstənin genetik məlumatları, şişin bioloji xüsusiyyətləri və həyat tərzi bir araya gətirilərək, hər kəs üçün xüsusi müalicə planı hazırlanacaq.”


O əlavə edib ki, süni intellekt cerrahi planlamadan dərman seçiminə qədər prosesin hər mərhələsində həkimə yardımçı olacaq, amma onun yerini tutmayacaq.

“Ən əsası, süni intellekt həkimi əvəz etməyəcək; onun bilik və təcrübəsini gücləndirən etibarlı yol yoldaşı olacaq.”

Aydoğan qeyd edib ki, yaxın gələcəkdə süni intellekt xəstənin müalicəyə reaksiyasını və mümkün yan təsirləri əvvəlcədən proqnozlaşdıra biləcək, bu da lazımsız müalicələrin və yan təsirlərin qarşısını alacaq.

“Qan analizlərindəki şiş DNT-sini (likit biopsiya) klinik məlumatlarla birləşdirərək xəstəliyin təkrar yaranma riskini çox erkən mərhələdə müəyyən edə biləcəyik. Süni intellektli virtual onkoloji asistentlər isə həm xəstələrə 7/24 dəstək verəcək, həm də həkimlərin gündəlik yükünü azaldacaq.”


Turan 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri