Icma.az
close
up
RU
Ankara Əsədlə danışıqlara hazırdır ŞƏRH

Ankara Əsədlə danışıqlara hazırdır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Suriyadakı prosesləri Suriya hökuməti ilə birlikdə idarə etmək istəyir



  Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Türkiyə və Suriya hakimiyyətlərindən dialoqun bərpasına ciddi maraqla bağlı siqnallar gəlir. Lavrovun sözlərinə görə, Rusiya danışıqlar prosesinin tezliklə yenidən başlanmasına fəal kömək edəcək. Rusiyalı nazir qeyd edib ki, Dəməşq və Ankaranın mövqelərində əvvəllər aşkar edilmiş fikir ayrılıqları danışıqlar prosesində fasiləyə səbəb olub: "Suriya hökuməti israr edir ki, ilk növbədə Türkiyə hərbi kontingentinin ölkə ərazisindən çıxarılması barədə qərar qəbul etmək lazımdır. Türkiyədə, prinsipcə, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyirlər. Lakin öz ordusunun ölkədən getməsi məsələsinə daha sonra qayıtmağı təklif edirlər. Çünki hər iki paytaxtdan dialoqun bərpasına ciddi maraqla bağlı siqnallar gəlir. Odur ki, biz danışıqlar prosesinin tezliklə yenidən başlanmasına fəal kömək edəcəyik". Lavrov həmçinin vurğulayıb ki, Suriya-Türkiyə arasında münasibətlərin normallaşması Suriyadakı vəziyyətin sabitləşməsi və Yaxın Şərqdə təhlükəsizliyin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Diplomat əlavə edib ki, Rusiya Dəməşq və Ankara arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün ardıcıl səylər göstərir. Lavrov xüsusi maraq doğuran mövzular arasında suriyalı qaçqınların geri qayıtması, terrorizmlə mübarizə və sərhəd təhlükəsizliyinin təmin edilməsini önə çəkib.

  Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay "Sherg.az"a bildirib ki, Rusiya xarici işlər naziri Kazanda keçirilən BRICS toplantısı çərçivəsində “Hürriyyət” qəzetinə geniş açıqlama verib və Suriyadakı hadisələrlə bağlı olan beş mühüm mövzuya diqqət çəkib. Professor xatırladıb ki, daha sonra xarici işlər naziri Hakan Fidan həmin qəzetə bu məsələlərlə danışıb: 


"Türkiyə ilə danışıqların aparılması üçün Əsədin "türk əsgərlərinin Suriyadan çıxarılması" şərti anlaşılan deyil. Türk ordusunun Suriya ərazisində olması problem deyil. Suriyada Əsəd hökumətinə qarşı geniş silahlı müxalifəti dəstəkləyənlər arasında Rusiya və ABŞ də daxil olmaqla digər dövlətlərin qoşunları da var. Əgər Türkiyənin bölgədən əsgərlərini çəkməsi Suriyaya sülh və əmin-amanlıq gətirəcəksə, Ankara əsgərlərini dərhal geri çəkməyə hazırdır. Lakin Türkiyənin bölgədəki varlığının hədəfi Suriya hökuməti deyil, terrorçu ünsürlərin fəaliyyətinin qarşısını almaq, onların Türkiyəyə təhdid yaratmasının önünü kəsməkdir. Türkiyə Suriyada sülhün və sabitliyin təminatçısı kimi Əsədlə görüşməyə hazırdır. Türkiyə Suriyadakı prosesləri Suriya hökuməti ilə birlikdə idarə etmək istəyir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri