Ankara Hörmüz boğazı ilə bağlı gəmilərinə xəbərdarlıq edib
Icma.az, Azertag saytına istinadən bildirir.
Ankara, 1 mart, AZƏRTAC
Türkiyənin Dənizçilik üzrə Baş İdarəsi ölkə bayrağı altında üzən gəmiləri Hörmüz boğazında vəziyyətlə bağlı bildirişləri diqqətlə izləməyə və zərurət yarandıqda Türkiyənin Axtarış və Xilasetmə Əməliyyatlarının Koordinasiya Mərkəzinə müraciət etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, İdarədə İran tərəfindən Hörmüz boğazının bağlanması və boğaz ərazisində ISPS-in (Gəmilərin və Liman Qurğularının Mühafizəsi üzrə Beynəlxalq Məcəllə) üçüncü – müstəsna təhlükəsizlik səviyyəsinin elan edilməsi barədə daxil olan məlumatlara diqqət çəkilib.
Bu rejimin qüvvədə olduğu müddətdə xüsusi təhlükəsizlik tədbirləri görülür, gəmi heyətləri isə yerli hakimiyyət orqanları ilə sıx əlaqədə fəaliyyət göstərərək xüsusi protokol və təlimatlara əməl edirlər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 01 Mart 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















