Icma.az
close
up
RU
Ankara məktəbi ndəki tədris pozuntuları ilə bağlı iddiaya AYDINLIQ GƏTİRİLDİ

Ankara məktəbi ndəki tədris pozuntuları ilə bağlı iddiaya AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda, "Ankara məktəbi" məktəb-liseyində idarəetmə və tədris prosesində ciddi nöqsanların olduğu iddia edilib.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Şikayətçi iddia edib ki, məktəbə müvəqqəti təyin olunmuş direktorun rəhbərliyi dövründə tədrisin təşkili və idarəetmə qənaətbəxş səviyyədə deyil.

"Liseydə 9 və 11-ci siniflərdə şagirdlərin dərsə davamiyyəti ciddi şəkildə pozulur. Eyni zamanda, elektron jurnalda davamiyyət düzgün qeyd olunmur, böyük summativ qiymətləndirmələrin (BSQ) keçirilməsi zamanı şəffaflıq təmin edilmir", - deyə şikayətdə bildirilir.

Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, "Ankara məktəbi" məktəb-liseyinin fəaliyyətinə dair irəli sürülən iddialar həqiqəti əks etdirmir.

"Məktəb-liseydə 2026-cı il yanvarın 15-dən müvafiq təlimatlara və məktəbdaxili əmrə əsasən tərtib olunmuş cədvəl üzrə böyük summativ qiymətləndirmələrin keçirilməsinə başlanılıb. Suallar müvafiq komissiya tərəfindən tərtib olunub, materiallar standartlara uyğun olaraq seçilib. BSQ siniflərdə nəzarət komissiyası tərəfindən keçirilir.

Elektron jurnal müəllimlər tərəfindən gündəlik olaraq doldurulur (hər sinif otağı kompüter və internetlə təmin olunub) və rəhbərlik tərəfindən mütəmadi olaraq yoxlanılır.

Məktəbdə davamiyyət BSQ keçirilən siniflər üzrə 100 faiz olur.

Üzrlü səbəbdən dərsdə iştirak edə bilməyən şagirdlərin arayışları tələb olunur. Üzrsüz səbəbdən dərsdə iştirak edə bilməyən şagirdlərin və sinif rəhbərlərinin izahatları alınır, valideynlərlə müvafiq söhbətlər aparılır.

Məktəb-liseydə tədris prosesi mövcud qanunvericiliyə, "Təhsil haqqında" Qanuna və məktəbdaxili nizam-intizam qaydalarına uyğun şəkildə həyata keçirilir", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Yanvar 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri