Icma.az
close
up
RU
Problemin həlli mürəkkəbdir AYDINLIQ GƏTİRİLDİ

Problemin həlli mürəkkəbdir AYDINLIQ GƏTİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Müasir dövrdə sosial şəbəkə istifadəçilərinin əsas məqsədlərindən biri öz səhifələrində izləyici sayını artırmaqdır. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunur: bəzi istifadəçilər paylaşımlarını reklam edir, bəziləri isə insanların diqqətini cəlb edə biləcək məzmun hazırlayır. Bu kontekstdə xüsusilə şiddət, qorxu və sensasiya xarakterli videolar üstünlük təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları sahəsi üzrə ekspert Fərrux Rəcəbli deyib.

Fərrux Rəcəbli sözlərinə belə davam edib: “Araşdırmalar göstərir ki, bu cür məzmunlara baxış sayı yüksək olur və nəticədə səhifə administratorları daha çox diqqət qazanmaq məqsədilə həmin tip paylaşımların sayını artırır, həmçinin onların intensivliyini gücləndirməyə çalışırlar. Hazırda sosial şəbəkələrdə qarşıya çıxan videoların təqribən 70%-i şiddət, ailədaxili zorakılıq və ya qorxu elementi daşıyan məzmunlardan ibarətdir.

Bu hal bir sıra psixoloji fəsadlara gətirib çıxarır. Belə ki, uzun müddət şiddət xarakterli videolara baxan fərdlər həmin davranışların normativ olduğunu qəbul edə bilir. Qorxu məzmunlu videolar isə insanlarda müxtəlif psixoloji pozuntular – qapanıq məkan qorxusu, gecə vaxtı tək qalmaqdan çəkinmə və hətta uzun müddət yaşadıqları mühitdə təhlükə hissi yaratma kimi hallar doğurur.

Xüsusilə uşaqlar bu təsirlərə daha həssasdırlar. Valideynlərin bəzən uşaqları sakitləşdirmək məqsədilə onlara telefon və planşet verməsi nəticəsində azyaşlılar da bu cür məzmunlara çıxış əldə edirlər. Nəticədə onlarda aqressiya, dərsə marağın azalması və davranış pozuntuları müşahidə olunur.

Problemin həlli mürəkkəbdir. Çünki milyonlarla istifadəçiyə malik sosial şəbəkələrdə bu məzmunun tam qarşısını almaq texniki baxımdan çətindir. Platformalarda filtrasiya sistemlərinin tətbiqi mümkündür, lakin şirkətlər çox vaxt bunu maliyyə maraqları səbəbindən prioritetləşdirmirlər. Müsbət nümunə olaraq, Türkiyədə şiddət və qorxu xarakterli məzmunlara qarşı sərt nəzarət tətbiq olunur, uyğun olmayan paylaşımlar avtomatik silinir və ya bloklanır.

Azərbaycan praktikasında da nəzarət mexanizmləri mövcuddur, lakin onların gücləndirilməsi zəruridir. Əks halda, bu məzmunların geniş yayılması həm psixoloji, həm də mədəni dəyərlərə mənfi təsir göstərməkdə davam edəcəkdir”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri