Rusiya ilə HTŞ arasında gizli görüş ifşa olundu Rus ordusu Suriyada qalacaq?
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyada Bəşər Əsəd rejimini devirən müxalifətə rəhbərlik edən Rusiya ilə HTŞ arasında gizli danışıqlar aparıldığı iddia edilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Moskva rəhbərliyinin Tartus limanına və Hmeymim hava bazasına çıxışın davam etdirilməsi müqabilində Suriyaya humanitar dəstək vəd etdiyi öyrənilib.
Əsəd rejiminin devrilməsindən sonra Rusiyanın Suriyadan mərhələli şəkildə geri çəkildiyi iddia edilsə də, Moskva ilə HTŞ arasında danışıqların artıq başladığı iddia edilir.
Hərbi texnikalar geri daşınır - Rus ordusu Suriyadan çıxır? - FOTO
HTŞdən olan mənbə iddia edib ki, yeni administrasiya Rusiyaya bazalarının bir qismini və ya hamısını saxlamağa icazə verəcək. Həmçinin çox güman ki, Tartus limanında icarə müqaviləsi davam edəcək.
Bu o deməkdir ki, Rusiya Aralıq dənizindəki yeganə dərin suda yerləşən hərbi dəniz obyektinə çıxışı saxlayır.
HTŞ həmçinin Əsədin ekstradisiyasının çətin olduğunu etiraf edir (hələ rəsmi sorğu verilməyib). Qəzetə açıqlama verən mənbə "Qırmızı xətlər yoxdur" deyərək, danışıqların ideologiyaya deyil, maraqlara əsaslandığını vurğulayıb.
Rusiya Tartus limanına və Hmeymim hava bazasına çıxışın davam etdirilməsi müqabilində Suriyaya humanitar dəstək vəd edib, lakin yeni administrasiya bunun kifayət etməyəcəyini bildirib. Çünki Rusiya ilə diplomatik və iqtisadi əlaqələr qurmaq istəyirlər.
Nərmin
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 17 Dekabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















