Icma.az
close
up
RU
Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib FOTOLAR

Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib FOTOLAR

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Milli Konqres Mərkəzində 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib.

"Report"un yerli bürosunun məlumatına görə, tədbirdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov, qardaş ölkənin rəsmi qurumlarının nümayəndələri, Türkiyədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, azərbaycanlı diaspor fəalları, həmçinin elmi və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın əldə etdiyi nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış eədn səfir Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) islam dünyasında ilk demokratik dövlət olduğunu qeyd edib, AXC-nin qurucularının Azərbaycan dövlətçiliyinin formalaşmasındakı rolunu vurğulayıb.

Diplomat Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı tarixi xidmətlərinə diqqət çəkib. O Azərbaycanla Türkiyə liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında qardaşlıq və strateji əlaqələrin möhkəmləndirilməsinə töhfələrini xüsusi qeyd edib.

"Güclü Azərbaycan güclü Türkiyədir. Azərbaycan və Türkiyənin əməkdaşlığı türk dünyasında birliyin və həmrəyliyin simvoludur", – R. Məmmədov bildirib.

Səfir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azərbaycanın uğurları hər sahədə özünü göstərir.

"Müstəqillik xalqın şərəfidir. Biz Silahlı Qüvvələrimizlə fəxr edir, şəhidlərimizin xatirəsini uca tuturuq. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə əldə olunmuş nailiyyətləri qorumaq üçün əlimizdən gələni edəcəyik", – diplomatik nümayəndəliyin rəhbəri vurğulayıb.

Tədbirdə çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri A. Uraloğlu Prezident Rəcəb Tayyib Ərdoğanın adından tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını təbrik edib.

Nazir Ankara və Bakı arasındakı əməkdaşlığın türk dünyasının maraqları naminə daha da möhkəmləndirilməsinin vacibliyini bildirib. O, müasir Azərbaycanın nailiyyətlərini və türk dünyasında çoxşaxəli əlaqələrin gücləndirilməsi səylərini alqışlayıb.

Tədbir konsert proqramı ilə davam edib.

❮ ❯

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 May 2026 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri