Icma.az
close
up
RU
Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Seul, 20 may, AZƏRTAC

Koreya Respublikasının paytaxtı Seulda Azərbaycanın bu ölkədəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, Koreya Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının məsul şəxsləri, ictimai-siyasi, işgüzar, elmi, mədəni dairələrin, mətbuatın təmsilçiləri, diplomatlar, Azərbaycan diasporunun fəalları və Koreyada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov 107 il əvvəl xalqımızın dövlət müstəqilliyini əldə etməsi barədə danışıb, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik, dünyəvi və mütərəqqi dövlətçiliyin bərqərar olması üçün atdığı addımları, mövcud olduğu cəmi 2 ildə ərzində ölkədə və beynəlxalq aləmdə qazandığı uğurları vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti sovet işğalı ilə əlaqədar süqut etsə də, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib və onun əsasını qoyduğu demokratik dəyərləri və ənənələri bərpa edib. Müstəqilliyinin ilk illərindən bəri çoxsaylı çağırışlar və Ermənistanın hərbi təcavüzü ilə üzləşən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə sabit, güclü və beynəlxalq aləmdə söz sahibi olan dövlətə çevrilib.

Azərbaycanın uğurlu siyasi və iqtisadi inkişaf yolu keçməsi, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyması, nəhəng enerji, nəqliyyat və infrastruktur layihələrini uğurla həyata keçirməsi, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilməsindən bəhs edən diplomat, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Qələbə ilə ölkəmizin Ermənistanın uzunmüddətli işğalına son qoyması, öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini vurğulayıb. Səfir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub.

Ramin Həsənov, həmçinin Azərbaycanın qlobal məsələlərin həlli üçün göstərdiyi səylərdən, bu xüsusda ölkəmizin ötən il COP29 tədbirinə müvəffəqiyyətlə evsahibliyi etməsindən, Azərbaycanın COP29 sədrliyi altında qlobal iqlim fəaliyyətində əldə olunmuş nailiyyətlərdən danışıb, Koreya Respublikasının sözügedən tədbirdə böyük nümayəndə heyəti ilə iştirak etdiyini diqqətə çatdırıb. Azərbaycan-Koreya əlaqələrinə toxunan səfir qlobal iqlim fəaliyyətinin də bu iki ölkə arasında faydalı əməkdaşlıq üçün böyük potensiala malik olduğunu diqqətə çatdırıb.

Koreya Respublikasının xarici işlər nazirinin müavini Kvon Ki-hvan Koreya hökuməti və xalqı adından Azərbaycanı təbrik edib. O bildirib ki, Azərbaycan Koreyada “Odlar diyarı” kimi tanınır və bu, ölkəmizin zəngin mədəni irsi, eləcə də Azərbaycan xalqının hərarəti ilə bağlıdır.

Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynadığını bildirən koreyalı diplomat ölkəmizin üzləşdiyi çətinlikləri arxada qoyaraq, davamlı səy və qətiyyətin sayəsində iqtisadi inkişafa və sosial tərəqqiyə nail olduğunu vurğulayıb.

Nazir müavini 1992-ci ildə Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasından bəri iki ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etməsindən danışıb. Son illərdə baş tutan yüksəksəviyyəli siyasi səfərlərin hər iki ölkənin əməkdaşlıq iradəsinin təcəssümü olduğunu bildirib. Vurğulayıb ki, Altay dil ailəsinə mənsub olan Azərbaycan və Koreya xalqlarını mədəni yaxınlıq və oxşar dəyərlər birləşdirir.

Rəsmi qəbul ziyafətlə davam edib.

Tədbir iştirakçıları azərbaycanlı gənc rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri