Icma.az
close
up
RU
Ankarada böyük masa qurulur Üç nəhəng liderin görüş ssenarisi

Ankarada böyük masa qurulur Üç nəhəng liderin görüş ssenarisi

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı danışıqlar üçün Ankaraya gələ biləcəyini açıqlayıb. İddialara görə, bu təşəbbüs yalnız Rusiya Prezidenti Vladimir Putinin də prosesə qoşulması halında reallaşacaq. Bu bəyanat Qərb-Rusiya münasibətləri fonunda Türkiyənin diplomatik roluna dair suallar yaradıb.

Türkiyənin vasitəçilik təşəbbüsü real nəticə verə bilərmi? Tramp və Putinin eyni masada əyləşməsi regionda yeni siyasi dönüş nöqtəsi yaradacaqmı?

Paraleldə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Rusiya və Ukrayna arasında növbəti danışıqlar raundunun İstanbulda keçiriləcəyi barədə məlumat verib.

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədovun sözlərinə görə, görünən odur ki, Türkiyə Rusiya-Ukrayna məsələsində vasitəçi rolunu möhkəmləndirmək istəyir və vasitəçiliyin səviyyəsini artırmaq niyyətindədir:

“Hazırda bu təşəbbüs üçün hələ ki, tezdir. Lakin nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi mümkündür. Yəni ən azı məhz İstanbulda keçirilən danışıqların nəticəsi olaraq humanitar məsələdə əsirlərin, meyitlərin dəyişdirilməsi baş tuta bilər. Ona görə bu sahəni əhatə edən razılaşmalar həyata keçirilir. İstanbul isə danışıqların davamı ola bilər”.

Politoloq qeyd edib ki, Rusiyanın cəbhədə irəlilədiyi bir dövrdə İsrail-İran müharibəsi danışıqların baş tutmasına imkan vermir:

“Lakin Türkiyə hər vəchlə çalışır ki, bu vasitəçiliyi ən yüksək səviyyədə həyata keçirsin”.

F.Məmmədovun fikincə, Putin, Tramp və Zelenskinin iştirakı ilə danışıqların payız aylarında həyata keçməsi mümkündür:

“Ən azı hazırda Ərdoğan Trampdan bu sözü alır. Böyük ehtimalla, Putinlə də bu haqda danışacaq. Yəni nə vaxtsa belə bir görüşün baş tutması mümkün olanda Ərdoğan o sözü Trampın, Putinin və Zelenskinin yadına salacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 İyun 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri