Icma.az
close
up
RU
Ankarada danışıqlar masası qurulur?

Ankarada danışıqlar masası qurulur?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə səfər edəcək. 

O, səfərlə bağlı danışıqların intensivləşməsinə hazırlaşdıqlarını söyləyib: “Tərəfdaşlara təklif edəcəyimiz inkişaf etmiş həll yollarımız var. Müharibənin sonunu yaxınlaşdırmaq Ukraynanın ilk prioritetidir. Həm də mübadilələri bərpa etmək və məhbusları geri qaytarmaq üçün çalışırıq”. 

Ümumiyyətlə, Zelenskinin bu səfərdən digər gözləntiləri nələrdir? Rusiya ilə Ukrayna arasında danışıqlar masası yenidən Türkiyədə qurula bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Zelenskinin Türkiyəyə səfəri strateji və simvolik əhəmiyyət daşıyır: 

“Düşünürəm ki, Zelenskinin səfərdən əsas gözləntisi NATO üzvü və regional güc olan Türkiyədən həm siyasi, həm də hərbi dəstək almaqdır. Çünki Ukrayna üçün Türkiyə təkcə silah tədarükçüsü deyil, həm də diplomatik körpü rolunu oynayır. 

Türkiyə Ukrayna ilə 2022-ci ildən bəri hərbi texnologiya sahəsində əməkdaşlığı genişləndirib, “Bayraktar TB2” dronları Ukrayna ordusunun taktiki üstünlüyünü əhəmiyyətli dərəcədə artırıb. 

Bu dronlar Rusiyanın mövqelərinə qarşı 70%-ə yaxın təsirli əməliyyat göstəricisi verib. Böyük ehtimalla, Ukrayna lideri yeni silah tədarükü, hərbi texnologiyaların modernizasiyası və müdafiə sənayesi layihələrinə dair razılaşmaların genişləndirilməsini gündəmə gətirəcək”. 

Ekspertin sözlərinə görə, səfər çərçivəsində Rusiya-Ukrayna danışıqlarının bərpası üçün Türkiyənin vasitəçilik potensialı diqqət mərkəzində olacaq: 

“Türkiyə həm Rusiya, həm də Ukrayna ilə əlaqələri qoruyub saxladığı üçün danışıqların yenidən Ankarada keçirilmə ehtimalı var. Bu, geosiyasi baxımdan Türkiyənin regionda gücünü və nüfuzunu göstərir, habelə NATO-dakı strateji mövqeyini möhkəmləndirir. 

Onu da nəzərə alaq ki, Ukrayna-Türkiyə əlaqələri iqtisadi sahədə də sürətlə inkişaf edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 10 milyard dolları keçib, bu da əvvəlki illərə nisbətən 18 faiz artım deməkdir. Siyasi sahədə Türkiyə Ukraynanın suverenliyinə dəstəyini açıq ifadə edir və beynəlxalq platformalarda aktiv lobbiçilik aparır”. 

Tural İsmayılov qeyd edib ki, Zelenskinin Türkiyəyə səfəri həm də NATO və Qərb ölkələrinə siqnal olaraq qiymətləndirilə bilər: 

“Ukrayna müttəfiqlərindən dəstək tələb edir və hərbi yardımın davamlılığını təmin etmək istəyir. Türkiyə vasitəsilə əldə ediləcək dəstək Ukraynanın müdafiə strategiyasının davamlılığını təmin edəcək və Rusiya ilə uzunmüddətli danışıqlar perspektivini gücləndirəcək. 

Nəticədə, bu səfər həm hərbi, həm diplomatik, həm də geosiyasi baxımdan Ukrayna üçün strateji əhəmiyyət daşıyır. Türkiyənin vasitəçilik gücü, iqtisadi dəstəyi Zelenskinin əsas hədəflərini formalaşdıracaq, eyni zamanda regiondakı güc balansına təsir edəcək”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Zelenski Türkiyə səfər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see256

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see246

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see245

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see241

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see238

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see228

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see226

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see224

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see214

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see200

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see199

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see199

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see198

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see197

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see192

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see191

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see188

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see186

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri