Icma.az
close
up
RU
Ankarada fəryad edən məzar...

Ankarada fəryad edən məzar...

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü və Cümhuriyyətin ən gənc - cəmi 23 yaşlı daxili işlər naziri olmuş Mustafa bəy Vəkilovun Ankaradakı Cəbəci Əsri qəbiristanlığında yerləşən məzarını anadan olmasının 130 illiyi ərəfəsində ziyarət etmək məqsədilə  böyük çətinliklə tapdım. Qəbiristanlıq əməkdaşları israrla deyirdilər: “Belə bir qəbir olsaydı, bilərdik. Azərbaycandan gələnlər heç vaxt onu soraqlamayıblar”.

Ucu-bucağı görünməyən Cəbəci Əsri qəbiristanlığını dolaşmaqda davam etdim. Uzun illər DİN sistemində xidmət etmiş bir şəxs kimi, Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər nazirinin məzarını tapmamağı, 130 illik yubileyi ərəfəsində onu ziyarət etməməyi özümə bağışlaya bilməzdim. Dəqiqələr, saatlar ötsə də, ümidimi üzmürdüm. Lakin içimdə bir narahatlıq vardı: əgər qəbiristanlıq işçiləri bu məzarın yerini bilmirlərsə, deməli, böyük tarixi xidmətləri olan önəmli bir insanın – Xalq şairi Səməd Vurğunun nəslindən olan bu Vətən sevdalısının son mənzili arzulanan vəziyyətdə deyil.

Nəhayət, məzarı tapdım. Yanılmamışdım...

Bakı gimnaziyasında təhsilini tamamladıqdan sonra 1912-ci ildə Moskva Universitetinin Hüquq fakültəsinə daxil olan, tələbəlik illərindən siyasi həyata atılaraq məmləkət məsələləri ilə yaxından maraqlanan, Azərbaycanın gələcəyini yalnız azadlıq və müstəqillikdə görən, Vətəndə yaşadığı illərdə bütün bacarığını güclü dövlət quruculuğuna həsr edən, parlamentdəki çıxışları ilə diqqət çəkən, Türkiyədəki mühacirət illərində isə Azərbaycanın yenidən müstəqillik qazanması uğrunda yorulmadan mübarizə aparan Mustafa bəy Vəkilovun məzarı son dərəcə baxımsız idi. Sanki saralıb-bozarmış qəbir daşı fəryad edir, məzarı bürümüş quru otlar insanın qəlbini sızladırdı...

...Elə bir gün, elə bir həftə olmur ki, Bakıdan Ankaraya rəsmi nümayəndə heyətlərinin səfəri gerçəkləşməsin. Əminəm ki, tariximizin bir parçası olan bu cür şəxsiyyətlərə, o cümlədən 2026-cı ilin sentyabrında 130 illik yubileyi tamam olan Mustafa bəy Vəkilovun xatirəsinə dövlət səviyyəsində ehtiram göstərilməsi zəfərlərə imza atan Can Azərbaycanımızın nüfuzunu qardaş Türkiyədə daha da ucaldacaq.

Hikmət Xudiyev (Cəmilzadə),

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Sentyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see275

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see267

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see247

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see224

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see221

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see220

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see218

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see216

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see216

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see208

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see206

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see200

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see200

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see198

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see193

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see190

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see187

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see185

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri