Icma.az
close
up
RU
Ankarada görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının irsi müzakirə olunub AZƏRTAC

Ankarada görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının irsi müzakirə olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 28 dekabr, AZƏRTAC

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş Katibliyinin binasında görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının anadan olmasının 125-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində yazıçının seçilmiş əsərlərinin təqdimatı olub.

Tədbir iştirakçıları “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı qeyd edib ki, Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının rəmzi simalarından biridir. Onun sözlərinə görə, Azərbaycan teatr sənətinin və kinosunun inkişafında təkan dramaturqun adı ilə bağlıdır.

“TÜRKSOY Cəfər Cabbarlı irsinin təbliğinə töhfə verməyə çalışır. Dramaturqun türkcə əsərlər toplusu Azərbaycanın görkəmli ziyalılarının yaradıcılığı ilə bağlı Türkiyənin geniş ictimaiyyətini məlumatlandırmaq məqsədi daşıyır”, - deyə E.Qafarlı qeyd edib.

Ölkəmizin Ankaradakı səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov görkəmli dramaturqun seçilmiş əsərlərindən ibarət toplunun hazırlanmasında TÜRKSOY-un rəhbərliyinə və layihənin bütün iştirakçılarına minnətdarlığını bildirib.

“Cəfər Cabbarlının yaradıcılığı Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə kimi görkəmli yazıçı, şair və maarifçilərin irsi ilə bir sırada yer alıb. Azərbaycan klassik dramaturgiyasının inciləri sayılan əsərlər onun qələmindən çıxıb”, - deyən S.Abbasov Cəfər Cabbarlının əsərlərini əbədi irs, Azərbaycan yazıçılarının yeni nəsilləri üçün bələdçi adlandırıb.

Daha sonra Cəfər Cabbarlının irsi mövzusunda sənədli film nümayiş etdirilib.

Professor İsrafil İsrafilov isə cəmi 35 il ömür sürmüş, bütün Türk dünyası ədəbiyyatında parlaq, təkrarsız iz buraxmağı bacarmış Cəfər Cabbarlının bənzərsiz şəxsiyyətindən söz açıb. “Söhbət hərtərəfli şəxsiyyətdən - təkcə yazıçı və dramaturq deyil, həm də istedadlı şairdən gedir. Onun poetik yaradıcılığını dərk etmək üçün “Ana” şeirinin gözəlliyini, eləcə də Azərbaycanın üçrəngli bayrağına həsr olunmuş sətirləri təhlil etmək kifayətdir. O, yaradıcılığı ilə, şübhəsiz ki, Azərbaycan dilini zənginləşdirib”, - deyə professor qeyd edib.

Cəfər Cabbarlının dramatik irsinin Azərbaycanda bütöv bir aktyor pleyadasını formalaşdırdığı da vurğulanıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri