Icma.az
close
up
RU
Cəfər Cabbarlının pyesləri türk dilində

Cəfər Cabbarlının pyesləri türk dilində

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə Azərbaycan Yazıçılar Birliyi və Türkiyənin nüfuzlu təşkilatı olan Türk Ədəbiyyatı Vaqfı arasındakı qarşılıqlı ədəbi əməkdaşlıq layihəsi çərçivəsində bir sıra yeni kitablar işıq üzü görüb. Layihənin əsas məqsədi Türk ədəbiyyatının ən layiqli nümunələrini Azərbaycan oxucusuna, eləcə də Azərbaycan ədəbiyyatının görünməyən tərəflərini türk oxucusuna tanıtmaqdır. Bu yaxınlarda əməkdaşlıq layihəsinin tərkib hissəsi kimi daha iki kitab çapdan çıxıb. İstanbulda görkəmli Azərbaycan dramaturqu, böyük teatr xadimi, mütəfəkkir Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə “Cəfər Cabbarlı. Seçilmiş pyesləri” kitabı türk dilinə uyğunlaşdırılaraq türkiyəli oxuculara təqdim edilib. Eləcə də Bakıda tanınmış türk ədəbiyyatı tarixçisi, alim, Azərbaycan sevdalısı Əhməd Kabaklının anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan ədəbi irsi” kitabı oxucuların ixtiyarına verilib.

Kulis.az xəbər verir ki, Türk Ədəbiyyatı Vəqfinin “Turay” Kitab Nəşriyyatında çapdan çıxan “Cəfər Cabbarlı. Seçilmiş pyesləri” kitabına dramaturqun “Aydın” , “Vəfalı Səriyyə”, “Oktay Eloğlu” və “Ədirnənin fəthi” kimi yüksək ədəbi meyarlara malik olan əsərləri daxil olunub.

Kitabın tərcüməçisi türkiyəli yazar Atabəy Barışdır. Məlumdur ki, Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatına, mədəniyyətinə misilsiz töhvələr vermiş, Azərbaycan teatrının inkişafında mühüm rol oynamış ən parlaq imzalardan biridir. Onun ictimai ədalətsizliyi, nadanlığı, cəhaləti qamçılayan, milli şüurun oyanmasında, xalqın maariflənməsi və qadın azadlığı uğrundakı mübarizədə böyük rolu olan əsərləri təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası ədəbiyyatı üçün ən qiymətli örnəklərdir. Yaşadığı dövrün sosial-ictimai mühitinə realistcəsinə işıq tutan dramaturqun dolğun və məzmunlu əsərləri türk oxucuna kifayət qədər tanış deyildi və bu kitab həm ortaq mədəniyyətimizin, keçmişimizin tanıdılması, həm də Cəfər Cabbarlı dühasının təbliği baxımından çox əhəmiyyətlidir. Azərbaycan ədəbiyyatının görkəmli öncülü, Xalq yazıçısı Anar kitaba yazdığı “Azad bir quşdum” adlı ön sözündə Cəfər Cabbarlı şəxsiyyətinə və yaradıcılığına üz tutaraq onun yaradıcılıq taleyinin oxuculara məlum olmayan tərəflərini özünəməxsus yazı üslubu ilə qələmə alıb və dramaturq haqqında öz təəssürat və düşüncəsini bölüşüb: “Cəfər Cabbarlı daxilən azad insan olaraq doğulmuşdu - azad quş olmuşdu. Öz yuvasından - müstəqil Azərbaycanın mənəvi mühitindən uçaraq, yad yerə - "sovet bağı"na düşmüşdü. Ovçunun - rejimin gülləsinə tuş gəlir, torpağa düşür, həbs olunur. Ancaq bu sadə mahnının bədbin sonluğuna rəğmən Cəfər Cabbarlı torpağa düşsə də, nəfəsi kəsilmədi. Antey gücünü torpaqdan aldığı kimi, o ayağa qalxdı, durdu və olduqca sərt şərtlər hüdudunda özünün qeyri-adi istedadının qüdrətiylə demək istədiyinin çoxunu deyə bildi”.
Böyük türk ədəbiyyatşünası, alim Əhməd Kabaklının əsərlərinin seçmələrindən ibarət “Azərbaycan ədəbi irsi” kitabı isə Azərbaycan Yazıçılar Birliyi “Qobustan” dərgisinin əlavəsi kimi “Qanun” nəşriyyatında işıq üzü görüb. Kitabı dilimizə Filologiya elmləri doktoru Eşqanə Babayeva çevirib.

“Azərbaycan ədəbi irsi” kitabına alimin müxtəlif vaxtlarda qələmə aldığı Azərbaycan ədəbiyyatı haqqındakı araşdırma yazıları yer alıb. Kitaba daxil olan hər bir əsər Əhməd Kabaklının Azərbaycan xalqına, ədəbiyyatına olan sevgisindən və onun ədəbiyyatımız, tariximiz haqqındakı geniş bilgisindən xəbər verir.

Kitaba ön söz yazan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Əhməd Kabaklı və Azərbaycan ədəbiyyatı” məqaləsində türk ədəbiyyatında böyük xidmətləri olan Əhməd Kabaklının yaradıcılıq və fəaliyyətindən geniş söz açır. İsa Həbibbəyli, Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyindəki Azərbaycan ədəbiyyatına həsr etdiyi araşdırmalara toxunuraq göstərir ki, Əhməd Kabaklı XX əsrə qədərki Azərbaycan ədəbiyyatının mükəmməl bir elmi salnaməsini yaratmışdır: “ Türkiyədə müxtəlif dərsliklərdə, tədqiqat əsərlərində və antologiyalarda Azərbaycan ədəbiyyatının ayrı -ayrı inkişaf mərhələlərindən və ya bir çox görkəmli yazıçı və şairlərdən bəhs edilsə də, ilk dəfə olaraq professor Əhməd Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyində Azərbaycan ədəbiyyatının bu gün əsas dövrləri və həmin dövrləri təmsil edən sənətkarları Əhməd Kabaklı tərəfindən ardıcıl və sistemli olaraq söz açılmışdır. Buna görə də onun tədqiqatları Azərbaycan ədəbiyyatı haqqında əsasən tam və ümumiləşdirilmiş elmi təsəvvür yarada bilir”.

“Azərbaycan ədəbi irsi” kitabındakı “Dədə Qorqud” məqaləsində Əhməd Kabaklı bu qədim türk dastanının yaranmasından, onun bədii xüsusiyyətlərindən söz açır. 90-cı illərdə Bakıya gələn Əhməd Kabaklı burada “Dədə Qorqud” (ssenari müəllifi: Anar, rej: Tofiq Tağızadə) filmini izlədiyini və təsirləndiyini qələmə alır və tarixə, qədim türk mədənyyətinə olan diqqətə görə filmin yaradıcı heyətinə təşəkkürünü bildirir.

Nəsimi, Füzuli, Əhməd Cavad, M. Ə. Sabir, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Şəhriyar, Səhənd və s haqqında qələmə aldığı araşdırmalarında Əhməd Kabaklı bu qələm adamlarının yaradıcılığını fərqli fəlsəfi-düşüncə tərzində araşdırır və özünün o taylı-bu taylı Azərbaycan ədəbiyyatına olan marağını, sevgisini bir daha sərgiləyir.

Şübhəsiz ki, Azərbaycan ədəbiyyatının, tarixinin türk dünyasında tanıdılmasında “Azərbaycan ədəbi irsi” kitabının əhəmiyyəti böyükdür və kitabdan elmi işçilər, ədəbiyyat mütəxəssisləri, tələbələr faydalana biləcəklər. Eyni zamanda bu kitab Azərbaycan ədəbiyyatının tədqiqi yolunda böyük alimin çəkdiyi zəhmət və yorulmaz fəaliyyətinə görə, ona Azərbaycan xalqının bir ehtiram və təşəkkürüdür.
Qeyd edək ki, kitabın həm Türkiyədə, həm də Azərbaycanda oxucular qarşısında geniş təqdimatı nəzərdə tutulub.

Yaxın gələcəkdə isə Türk Ədəbiyyatı Vəkfi ilə Azərbaycan Yazıçılar Birliyinin arasındakı ədəbi sazişin nəticəsi olaraq bir çox yeni, dəyərli kitablar oxuculara ərməğan ediləcək.

“Cənnət yuxusu” bədii-sənədli filmi təqdim edilib Şlyapalı Mauqli - Salam Qədirzadənin hekayəsi Axundlara, bəylərə yaltaqlıq edən mühərrirlər... - Gülyaz Əliyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Aprel 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri