Icma.az
close
up
RU
Görkəmli dramaturq Cəfər Cabbarlının doğum günüdür

Görkəmli dramaturq Cəfər Cabbarlının doğum günüdür

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Azərbaycanın görkəmli dramaturqu, şairi və naşiri Cəfər Cabbarlının anadan olmasından 126 il ötür.

BAKU.WS xəbər verir ki, Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub. Onun ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşayıb.

Hələ ibtidai sinifdə oxuyarkən Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də şeir yazmağa başlayır.

Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır.

Şairin ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ildə çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin noyabrın 5-i 1911-ci il tariöli 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.

1915-1920-ci illər C.Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazır, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar edir.

"Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərindən sonra yazıçı "Solğun çiçəklər" pyesini yazır.

Şairin "Oqtay Eloğlu", "Gülzar", "Dilarə", "Dilbər", "Sevil", "Almaz", "Yaşar", "Dönüş" və s. kimi pyes və hekayələri teatr səhnələrində tamaşaya qoyulub, ssenariləri əsasında bədii filmlər çəkilib.

C.Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün "Cəfər Cabbarlı mükafatı"nı təsis edib.

Şair 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurub. Bu evlilikdən onun Aydın və Gülarə adlı 2 övladı oldu. Onun böyük oğlu Aydın Cabbarlı 1924-cü ildə anadan olmuşdur. O, tibb elmləri namizədi idi. Qızı Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru idi.

C.Cabbarlı çox qısa ömür yaşayıb. Onun həyat yoldaşı Sona xanım xatirələrində yazır ki, "Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı, gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi".

İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində C.Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Mart 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri