Ankarada Qars və Qərbi Azərbaycanın geyim ənənələri müzakirə ediləcək
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ankara, 2 iyun, AZƏRTAC
İyunun 4-də Ankara Universiteti rektorluğunda “Qars və Qərbi Azərbaycanın ənənəvi geyim mədəniyyəti ortaq irs işığında” adlı konfrans və sərgi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ankara Universitetinin İncəsənət fakültəsi və Qərbi Azərbaycan İcması Şərqi Anadolu və Qərbi Azərbaycan xalqlarının ənənəvi geyimlərinə həsr olunmuş tədbirə təşkilati dəstək verəcək.
Tədbirdə Ankara Universitetinin rəhbərliyi, diplomatlar, parlament üzvləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri, alimlər və mütəxəssislər iştirak edəcəklər.
Konfrans iştirakçıları iki qardaş xalqın mədəni kodunun təzahürü kimi milli geyim ənənələri ətrafında müzakirələr aparacaqlar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 02 İyun 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















