“Azərbaycanın tolerantlıq ənənələri qorunmalıdır”
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri qədim tarixə malikdir”.
Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycanda müxtəlif xalqların və dillərin nümayəndələri tarixən sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıblar: “Müxtəlif xalqlar arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Zaman-zaman dünyanın müxtəlif ölkələrində təzyiq və dözümsüzlüklə üzləşən müxtəlif xalqların nümayəndələri Azərbaycana gələrək burada yaşayıb, ölkədə tolerantlıq və multikulturalizm ənənələrinin möhkəmlənməsinə öz töhfələrini veriblər.
Bu gün Azərbaycanın əldə etdiyi uğurlar və nailiyyətlər də bu dəyərlərin nəticəsi kimi xüsusi önəm daşıyır. Bu gün qarşımızda duran əsas vəzifə tolerantlıq və multikulturalizm ənənələrini qorumaq, onları yaşatmaq və bu prosesə töhfə verməkdir. Azərbaycan bu sahədə dünyada öndə gedən ölkələrdən biridir. Bizim missiyamız bu dəyərləri qorumaq, gələcək nəsillərə çatdırmaq və onların təbliğinə davam etməkdir”.
Millət vəkili əlavə edib ki, xalqımızın formalaşdırdığı bu ənənələrə və dəyərlərə hər zaman həssas yanaşılmalıdır:
“Bu ənənələri qorumaq, gələcək nəsillərə olduğu kimi ötürmək və hər birimizin bu prosesə öz töhfəsini verməsi vacibdir. Bu, Azərbaycanın multikultural dəyərlərinin gələcəkdə də yaşaması və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.
Günel Elxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 13 İyul 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















