Ankarada “Şuşa” kitabının təqdimatı olacaq
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Türkiyə paytaxtında yerləşən baş katibliyinin binasında avqustun 1-də “Şuşa” kitabının təqdimatı olacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı haqqında kitabın çapdan çıxmasına həsr olunmuş tədbirin keçirilməsinə Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Ankaradakı səfirliyi də dəstək göstərib.
TÜRKSOY-un Baş katibi Sultan Raevin adından göndərilən dəvətnamədə bundan əvvəl Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin tarixi əhəmiyyətinə diqqət yetirilir.
Təşkilatın Baş katibi Şuşanı “Qarabağın tacı” və “Qafqazın incisi” adlandırır.
Baxış sayı:114
Bu xəbər 28 İyul 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















