Ankarada Türkiyə və Suriyanın xarici işlər nazirləri görüşəcək
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Türkiyə terrorizmlə mübarizə sahəsində Suriya ilə koordinasiyanı daha da inkişaf etdirmək əzmindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, avqustun 6-da Türkiyəyə işgüzar səfər edəcək Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaninin türk həmkarı Hakan Fidanla görüşü olacaq. Görüşdə Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində Türkiyənin də dəstəyi ilə həyata keçirilən çoxtərəfli səylərin qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin qarşıdakı dövrdə həyata keçiriləcək yüksəksəviyyəli qarşılıqlı səfərlərin planlaşdırılması da nəzərdən keçiriləcək.
Bununla yanaşı, Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən Suriyanın şimal-şərq bölgələrinin mərkəzi hökumətə inteqrasiyası prosesi də müzakirə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 05 Avqust 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















