Icma.az
close
up
RU
Ankaranın ikili diplomatiyası: Türkiyə Putini və Zelenskini niyə ardıcıl görüşür?

Ankaranın ikili diplomatiyası: Türkiyə Putini və Zelenskini niyə ardıcıl görüşür?

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Cənubi Koreya lideri Li Cje Menlə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Ankara Rusiya–Ukrayna müharibəsinin dayandırılması üçün vasitəçilik səylərini fasiləsiz davam etdirir.

Ərdoğanın sözlərinə görə, Türkiyə indiyədək olduğu kimi, tərəflər arasında dialoq platformasının açıq qalması üçün bütün imkanlardan istifadə edir. O əlavə edib ki, son bir həftə ərzində həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmaslar quraraq mövcud vəziyyəti müzakirə edib.

Maraqlıdır, Türkiyənin həm Putin, həm də Zelenski ilə eyni həftədə təmas qurması hansı diplomatik məqsədlərə xidmət edir? Bu, Ankaranın balans siyasətinin davamıdır, yoxsa yeni fazadır?

Türkiyənin həm Putin, həm də Zelenski ilə eyni həftədə təmas qurması, əslində, Ankaranın uzun illərdir yürüdüyü “aktiv balans siyasəti”nin davamı olsa da, bu dəfə situasiyanın özündə yeni elementlər mövcuddur.

Birincisi, müharibənin gərginlik fazasından uzunmüddətli mövqe savaşına keçməsi Türkiyə üçün yeni diplomatik imkanlar açır. Ankara anlayır ki, tərəflər hərbi müstəvidə həlledici üstünlük əldə edə bilmədiyi üçün vasitəçilik kanallarına ehtiyac artacaq.

İkincisi, eyni həftədə hər iki liderlə danışıq aparmaq Türkiyənin Qərb-Rusiya xəttində yenidən özünəməxsus mövqe tutmaq niyyətidir. Ankara nə Rusiyadan tam uzaqlaşa bilər, nə də Ukraynanı və Qərb institutlarını itirə bilər.

Üçüncüsü, bu təmaslar Ankaranın yeni fazaya keçmək istədiyinin siqnalları kimi də oxuna bilər. Ərdoğan son aylarda həm Qara dəniz taxıl dəhlizi, həm də əsir mübadiləsi kimi konkret gündəliklərin yenidən masaya qaytarılmasını vurğulayır. Yəni söhbət sadəcə balansı saxlamaqdan yox, daha aktiv vasitəçilik təşəbbüslərini reanimasiyaya cəhddən gedir.

Bir sözlə, Türkiyə bu addımla həm də regional güc statusunu qlobal səviyyədə təsdiqləməyə çalışır. Çünki Rusiya–Ukrayna müharibəsində effektiv rol göstərən hər bir dövlət beynəlxalq sistemdə öz çəkisini artırır. Ankara bunu yaxşı anlayır və diplomatik sürəti artırmaqla qlobal oyun “lövhəsində” daha vacib fiqur olmaq istəyir.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri