Icma.az
close
up
RU
Ankaranın qətiyyəti Terrorçular təslim olacaqlar?

Ankaranın qətiyyəti Terrorçular təslim olacaqlar?

Ayna saytına istinadən Icma.az xəbər verir.

Hərbi jurnalist: “Türkiyə PKK problemini indiki mərhələdə həll edə bilməsə, gələcəkdə o problemdən başı indikindən daha çox ağrıyacaq”

Türkiyə ordusu Suriyada terrorçu PKK/YPG yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib. Türkiyə mediası bu iddia ilə çıxış edib. “Hürriyet” qəzeti Qərb ölkələrinin yeni tələblər irəli sürəcəyi təqdirdə, Türkiyə və Suriyanın terrorçu PKK üzvlərinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyi planlaşdırdığını yazır. Nəşrin məlumatına görə, Suriyada yerləşən PKK-çılar alternativ administrasiyanın yaradılmasında israrlarını davam etdirirlər. Bunun ardınca ölkənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib ki,  Ankara Suriyadakı PKK yaraqlılarına xəbərdarlıq edib. Əgər terrorçular çağırışlara məhəl qoyulmasalar, hərbi əməliyyat aktuallaşa bilər.

“Biz aydın tələblər irəli sürdük. Əgər hərbi əməliyyat variantını istəmirsinizsə, o zaman xarici terrorçular və onların liderləri Suriyanı tərk etməli, təşkilatın qalan üzvləri silahlarını yerə qoymalı və yeni Suriya administrasiyası ilə işləməlidirlər. Dəməşq onlarla dialoq aparır. Amma nəticə olmasa, qanuni seçim hərbi əməliyyat olacaq”, - Fidan bir neçə gün əvvəl vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da terror qruplaşmalarına xəbərdarlıq edib və bildirib ki, “PKK silahı yerə qoymasa, başqa administrasiyanın yaradılmasında israr etməyə davam edərsə və Qərb ölkələri bu tələbləri dəstəkləyərsə, Türkiyə ordusu Suriya ilə birgə genişmiqyaslı hərbi əməliyyatı qaçılmaz olacaq”.

Azərbaycanlı hərbi jurnalist Səxavət Məmməd bildirir ki, Suriyada proseslər tamamilə yekunlaşmayıb: “Türkiyə terror problemini kökündən həll etmək niyyətindədir. Reallıq onu deyir ki, Türkiyə PKK problemini indiki mərhələdə həll edə bilməsə, gələcəkdə o problemdən başı indikindən daha çox ağrıyacaq. Ona görə də Türkiyənin hazırkı siyasətini anlamaq çətin deyil. Rəsmi Ankara açıq şəkildə bəyan edir ki, silahı yerə qoymasalar, həbi əməliyyata start verəcəklər. Məsələ ondadır ki, Türkiyə əməliyyatları heç dayandırmayıb. Aviasiya və PUA-lar vasitəsi ilə zərbələr endirməkdə davam edir”.

“Bundan əlavə, Türkiyə Suriya ərazisinə kifayət qədər qoşun yerləşdirə bilib. Yəni PKK/PYD/YPG silahı yerə qoymasa, Türkiyənin atacağı addım məlumdur. Hətta həbsdəki Abdullah Öcalanın belə bu məsələdə müsbət mesajları Türkiyənin nə qədər ciddi olması ilə bağlıdır”, - hərbi jurnalist vurğulayıb.

Onun sözlərinə görə, kürd qrupların təslim olacağı o qədər də inandırıcı deyil: “Birincisi, ABŞ və İsrail faktoru var. Hər iki ölkə bu günə qədər həm böyük maliyyə ayırıb, həm də silahlandırıb. İkincisi isə kürd probleminin aradan qalxması Türkiyənin əl-qolunu açmış olacaq. Türkiyə regionda və qlobal aləmdəki proseslərə daha çox qoşula biləcək. Ona görə də Türkiyənin işi asan olmayacaq. Ancaq Türkiyə azad olmaq istəyirsə, bu problemi kökündən həll etmək məcburiyyətindədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Yanvar 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri