Icma.az
close
up
RU
Anklavlar mütləq qaytarılacaq: Tehran reallığı dəyişdirə bilməz

Anklavlar mütləq qaytarılacaq: Tehran reallığı dəyişdirə bilməz

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Regionun geosiyasi mənzərəsi dəyişib, ən çox qazanan Azərbaycan olacaq”

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır. Ermənistanın “Respublika Meydanı” Teleqram kanalı məsələ ilə bağlı Paşinyandan sitat gətirib: “Azərbaycanın bizim nəzarətimizdə olan suveren əraziləri (anklavlar) var, bu məsələ demarkasiya prosesində öz həllini tapmalıdır”.


“Respublika Meydanı” hesab edir ki, Ermənistan Azərbaycanın Tavuş və Araratdakı anklavlarını Bakıya verməyə hazırlaşır. Mənbənin fikrincə, bununla Ermənistan-Gürcüstan və Ermənistan-İran yolları Azərbaycanın nəzarətinə keçəcək. “Paşinyan və komandası “Tramp yolu”nu, əslində isə Zəngəzur dəhlizinin, yaxud Sünikin (Qərbi Zəngəzur) açarlarını ABŞ və Türkiyə-Azərbaycan tandeminə verir. Sünik bundan sonra tamamilə Azərbaycan mövqeləri və səngərləri ilə əhatə olunacaq. Paralel olaraq, Ermənistanın İranla əlaqəsi kəsiləcək”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, sözügedən kəndlərin təhvil verilməsi Azərbaycan üçün həm diplomatik, həm də strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Anklavların Azərbaycana qaytarılması həm ölkəmizin ərazi bütövlüyünün möhkəmlənməsinə xidmət edir və uzun illərdir ki, müzakirə mövzusu olan demarkasiya prosesinə ciddi töhfə verir. Eyni zamanda, bu qərar Azərbaycanın Zəngəzur dəhlizi üzərindəki mövqeyini gücləndirir və bölgənin açarlarının Azərbaycan nəzarətinə keçməsini təmin edir. 


Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Şərq”ə açıqlamasında bu məsələnin  Ermənistan–Azərbaycan sülh prosesində kritik mərhələ hesab olunduğunu deyib: 

“Ermənistan mediasında yayılan məlumatlar göstərir ki, Paşinyan hökuməti anklavların qaytarılması mövzusunu artıq gündəmə gətirib. Anklavların geri qaytarılması beynəlxalq hüququn tələbidir və İrəvanın sülhə real yanaşmasını təsdiqləyən addım ola bilər. Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin qaytarılması texniki baxımdan o qədər də mürəkkəb görünmür. Lakin Kərki kəndi tamamilə strateji xarakter daşıyır. Çünki həmin kəndin nəzarəti avtomatik olaraq Ermənistan–İran yoluna çıxış deməkdir. Ermənistan mediasının panikaya düşməsinin səbəbi də budur. Onlar yaxşı anlayırlar ki, Kərki Azərbaycanın nəzarətinə keçərsə, Sünik faktiki olaraq Azərbaycanın mövqeləri ilə çevrələnəcək. Bu, Zəngəzur dəhlizinə paralel bir nəzarət mexanizmini işə salır. Tehran isə belə bir ssenaridən ciddi narahat olacaq. Çünki İranın Ermənistan üzərindən Avrasiya məkanına çıxış imkanları məhdudlaşa bilər. Tehran uzun illərdir ki, Zəngəzur dəhlizi ideyasına şübhə ilə yanaşır. Onlar bu layihəni ABŞ və Türkiyə-Azərbaycan tandemi tərəfindən bölgədə İranın təsirini sıxışdırmaq cəhdi kimi görür. Əgər Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək. İqtisadi və diplomatik təzyiqlər gündəmə gətirilə bilər. Lakin Tehran reallığı dəyişdirə biləcək gücə sahib deyil. Azərbaycan beynəlxalq hüququn tələbini icra edir. Ermənistan isə sülh müqaviləsini imzalaya bilmək üçün bu addımı atmağa məcburdur”.


İranın narahatlığının başadüşülən olmadığını vurğulayan politoloq qeyd edib ki, regionun geosiyasi gerçəkləri dəyişib. Bu dəyişikliklərdən ən çox qazanan tərəf isə Azərbaycan olacaq: 

“İrəvan üçün seçim sadədir: ya anklavları qaytarmaqla sülhə addım atmaq, ya da təcridi daha da dərinləşdirmək. Tehran isə yalnız müşahidəçi rolunda qalmağa məhkumdur. Azərbaycanın iradəsi və beynəlxalq hüququn tələbi isə dəyişməz qalır. Bu reallığı heç bir ölkə, o cümlədən İran poza bilməz”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Avqust 2025 06:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri