Icma.az
close
up
RU
Anlayışlar, onların mənası və siyasi reallıq

Anlayışlar, onların mənası və siyasi reallıq

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın son onilliklərdə keçdiyi siyasi və tarixi yol göstərdi ki, bəzi anlayışlar sadəcə nəzəri kateqoriya deyil, dövlətin taleyinə birbaşa təsir edən real amillərdir. Azadlıq, demokratiya, ədalət, hakimiyyət və insan hüquqları müxtəlif dövrlərdə fərqli şəkildə başa düşüldü, fərqli şəkildə tətbiq olundu və bunun nəticələri də fərqli oldu. 1990-cı illərin əvvəllərində bu anlayışlara abstrakt, şüar kimi və məsuliyyətdən qopmuş yanaşma dövlətin zəifləməsinə, idarəolunmazlığa və siyasi xaosa gətirib çıxardı. Sonrakı mərhələdə isə eyni anlayışların dövlətçilik, siyasi məsuliyyət və real nəticə prizmasından dərk edilməsi sabitlik, suverenlik və inkişaf üçün əsas şərtə çevrildi. Bu araşdırmada məhz bu beş anlayışın seçilməsi təsadüfi deyil. Çünki müstəqil Azərbaycan təcrübəsində ən ağır səhvlər də, ən mühüm uğurlar da məhz bu anlayışların necə başa düşülməsi və necə tətbiq olunması ilə birbaşa bağlı olub.

Burada problem anlayışın mahiyyətində deyil, onun hansı rakursdan, hansı kontekstdə və hansı məna yükü ilə təqdim olunmasında ortaya çıxır. Bu isə bəzən qəsdən edilən manipulyasiya; bəzən isə şüurda yaranmış sadələşdirmənin, vərdişə çevrilmiş yanlış istifadənin nəticəsidir.

Azadlıq, demokratiya, ədalət, hakimiyyət və insan hüquqları bu qəbildən olan anlayışlardır. Bu sözlər bu gün təkcə akademik mətnlərin və elmi araşdırmaların predmeti deyil; onlar ictimai debatların, siyasi ritorikanın və hüquqi polemikaların əsas dilinə çevrilib. Məhz buna görə bu anlayışların necə işlədilməsi artıq sadəcə nəzəri məsələ deyil, birbaşa siyasi və hüquqi nəticələr doğuran praktiki problemdir.

Gündəlik siyasi diskursda bu anlayışlar çox vaxt izaha ehtiyacı olmayan, hamı üçün aydın və mübahisəsiz qəbul edilən dəyərlər kimi təqdim olunur. Onlar dialoqun başlanğıcı deyil, yekunu kimi çıxış edir; arqumentin izahı yox, avtoritar istinad nöqtəsi rolunu oynayır. Nəticədə, anlayışlar analitik vasitə olmaqdan çıxır, tədricən siyasi alət funksiyası daşımağa başlayır. Eyni söz bir kontekstdə düşüncəni aydınlaşdırdığı halda, başqa kontekstdə mübahisəni susduran hökmə çevrilə bilir.

Bu fərqi anlamaq üçün XX əsr dil fəlsəfəsinin əsas tezislərindən biri açar rol oynayır. Təsadüfi deyil ki, Ludvig Wittgenstein sözlərin real mənasının onların abstrakt tərifində deyil, dildə necə istifadə olunmasında üzə çıxdığını vurğulayırdı.

Bu baxımdan azadlıq, demokratiya və ədalət kimi anlayışların real siyasi məzmunu yalnız onların necə izah edilməsindən deyil, həmin izahların hansı kontekstdə, hansı rakursda və hansı siyasi məqsədlə istifadə edilməsindən asılıdır.

Bu anlayışların mənası öz-özlüyündə dəyişmir; lakin onlar dil daxilində hansı məna yükü ilə təqdim olunması, hansı kontekstdə işlədilməsi, hansı baxış bucağından təqdim olunması cəmiyyətin onları necə qəbul edəcəyini müəyyənləşdirir.

Məhz burada anlayışların abstraklaşdırılması problemi ortaya çıxır. Azadlıq, ədalət və insan hüquqları real siyasi və hüquqi kontekstdən qoparıldıqda, sanki tarixi, institusional və məsuliyyət mexanizmlərindən asılı olmayan, öz-özünə mövcud dəyərlər kimi təqdim edilir. Halbuki siyasi təcrübə göstərir ki, bu anlayışlar yalnız konkret qərarlar, institutlar və məsuliyyət çərçivəsində real məna qazanır. Əks halda, onlar ümumi mənəvi çağırış və şüar səviyyəsində qalır, praktik nəticə doğurmur.

Bu problem siyasətə realist yanaşmanın əhəmiyyətini ön plana çıxarır. Realpolitik kimi tanınan bu yanaşma prinsiplərin inkarını deyil, onların real siyasi, tarixi və institusional şərtlər daxilində tətbiqini əsas götürür. Prinsiplər bu şərtlərdən kənarda, mütləqləşdirilmiş və kontekstdən qopmuş formada tətbiq edildikdə, öz daxili məntiqini itirir və ilkin məqsədlərinə xidmət etmir. Belə hallarda prinsip normativ istiqamət olmaqdan çıxır, ifrat tələblər toplusuna çevrilir.

Klassik dövlətçilik təcrübəsində siyasət niyyətlərin saflığı ilə deyil, nəticələrin məsuliyyəti ilə ölçülür. XX əsrdə bu fikir nəzəri səviyyədə Maks Veber tərəfindən daha aydın ifadə edilmiş, siyasətdə “məsuliyyət etikası” anlayışı ilə izah olunmuşdur. Burada əsas məsələ dəyərlərin rəddi deyil, onların tətbiqi zamanı siyasi nəticələrin və məsuliyyətin əsas götürülməsidir.

Bu yanaşma yalnız nəzəri konstruksiya deyil, siyasi tarixdə dəfələrlə özünü doğrultmuş praktik xəttdir. Məsələn, Abraham Lincoln ABŞ-da vətəndaş müharibəsi şəraitində köləliyin ləğvini abstrakt əxlaqi şüar kimi deyil, dövlətin bütövlüyünü qorumağa yönəlmiş siyasi qərar kimi həyata keçirdi. Onun qəbul etdiyi sərt tədbirlər dövrün bir hissəsi tərəfindən “azadlığa zidd” kimi qiymətləndirilsə də, nəticə etibarilə azadlığın real və institusional formaya düşməsinə xidmət etdi. Burada prinsip nəticə ilə öz doğruluğunu sübut etdi.

Oxşar məntiqi XIX əsrdə Otto fon Bismarkın dövlətçilik təcrübəsində görürük. Alman birliyinin yaradılması liberal-demokratik idealların mexaniki tətbiqi ilə deyil, siyasi reallığın məntiqi hesablanması ilə mümkün oldu. Bismark üçün azadlıq və hüquq məqsəd yox, dövlətin davamlılığını təmin edən alətlər idi. Onun siyasəti dövründə tez-tez tənqid edilsə də, tarixi nəticə bu yanaşmanın effektivliyini göstərdi.

Azərbaycan təcrübəsində də eyni məntiqi xətti görmək mümkündür. Müstəqillik əldə edildikdən sonra azadlıq, demokratiya və ədalət kimi anlayışların dövlətçilik məsuliyyətindən qopmuş və daha çox şüar səviyyəsində tətbiqi siyasi parçalanmaya, idarəetmə böhranına və hüquqi nizamsızlığa gətirib çıxardı. Məhz bu şəraitdə ümummilli lider Heydər Əliyev dühası həmin anlayışları abstrakt ideya kimi deyil, dövlətin yaşaması və suverenliyin qorunması ilə bağlı praktik siyasi kateqoriyalar kimi yenidən müəyyənləşdirdi. O göstərdi ki, azadlıq idarəolunmazlıq, demokratiya isə hərc-mərclik deyil; və bu anlayışlar yalnız güclü dövlət iradəsi və milli birliyin möhkəmləndirilməsi ilə real məna qazana bilər. Azərbaycançılıq ideyası məhz bu mərhələdə abstrakt çağırış olmaqdan çıxaraq, ümummilli lider Heydər Əliyevin təqdim etdiyi siyasi məna çərçivəsində dövlətin mənəvi dayağına və milli həmrəyliyin əsas platformasına çevrildi.

Prezident İlham Əliyev dövründə bu yanaşma ardıcıl şəkildə davam etdirilərək, bu anlayışların real nəticə ilə təsdiqi təmin olundu. Suverenliyin bərpası, təhlükəsizlik və inkişaf bu siyasətin ölçülə bilən nəticəsinə çevrildi. Bu nəticələr göstərdi ki, azadlıq, demokratiya və dövlətçilik bir-birinə qarşı qoyulan anlayışlar deyil; düzgün siyasi iradə və məsuliyyət çərçivəsində tətbiq edildikdə onlar suverenliyin möhkəmlənməsinə, daxili sabitliyə və davamlı inkişafa xidmət edən bir-birini tamamlayan reallıqlardır.

Bu misallar göstərir ki, siyasi dəyərlərin taleyi onların necə səslənməsindən yox, hansı məsuliyyət çərçivəsində və hansı nəticələrlə tətbiq olunmasından asılıdır.

Bu fərqi dərk etmək dövlət xadimini adi siyasətçidən ayıran əsas cəhətlərdən biridir. Normativ dəyərlərin hansı şərtlərdə və hansı nəticələrlə tətbiq oluna biləcəyini qiymətləndirmək siyasi qərarı idealist niyyətdən çıxarıb dövlətçilik məsuliyyəti səviyyəsinə qaldırır. Məhz bu nöqtədə siyasət abstrakt idealların yox, real tarixi məsuliyyətin sahəsinə çevrilir.

Bu yazının məqsədi anlayışlara yeni təriflər vermək deyil. Məqsəd azadlıq, demokratiya və ədalət kimi anlayışların kontekstdən qoparılaraq işlədildiyi hallarda siyasi düşüncədə problemlərin yarada biləcəyini göstərmək və bu məsələnin müzakirə olunmasının zəruriliyinə diqqət çəkməkdir.

Yekun olaraq demək olar ki, söz yalnız konkret kontekstdə və müəyyən perspektivə yönəldikdə siyasi və ictimai məna qazanır. Perspektivsiz söz ya sadəcə lüğət vahidi olaraq qalır, ya da əksinə, daşımalı olduğu məna ilə ziddiyyət yaradaraq destruktiv təsir göstərir. Sözün arxasında duran perspektivi görən və ona işarə edən natiq isə, əslində, bu perspektivə inanan və onu daşıyan liderdir. Azərbaycan tarixinin ən ağır dövrlərində belə “Qarabağ azad ediləcək” deyən və o vaxt çoxlarının görə bilmədiyi perspektivi görən Ulu öndərin mövqeyi də məhz bu baxımdan tarixi əhəmiyyət kəsb edir.

(ardı var)

Mehdi ABDULLAYEV,
hüquq elmləri doktoru, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət İdarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri