Icma.az
close
up
RU
Stalinə iki dəfə verildi, Brejnevdən geri alındı SSRİ nin ən bahalı hərbi mükafatı!

Stalinə iki dəfə verildi, Brejnevdən geri alındı SSRİ nin ən bahalı hərbi mükafatı!

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

1943-cü il noyabrın 8-də SSRİ tarixinin ən nüfuzlu hərbi mükafatlarından sayılan “Qələbə” və “Şöhrət” ordenləri təsis edilib.

Bu ordenlər İkinci Dünya müharibəsi dövründə göstərilən hərbi xidmətlərə görə təqdim olunurdu. Lakin onların verilmə qaydaları və dəyəri bir-birindən ciddi şəkildə fərqlənirdi.

“Qələbə” ordeni ali hərbi komandanlıq heyəti üçün nəzərdə tutulmuşdu. Bu mükafat cəbhədə bir və ya bir neçə strateji əməliyyatı uğurla həyata keçirərək müharibənin gedişində mühüm dönüş yaratmış sərkərdələrə verilirdi.

“Qələbə” ordeni həm də SSRİ-nin ən bahalı dövlət mükafatlarından biri idi. Onun hazırlanmasında platin, qızıl, gümüş, brilyant və sintetik yaqutlardan istifadə olunurdu. Ordenin üzərində Moskva Kremlinin Spasskaya qülləsi və Lenin mavzoleyinin təsviri yerləşdirilmişdi.

Ümumilikdə 22 orden nişanı hazırlanmışdı. Onlardan 20-si təqdim edilmiş, ikisi isə istifadə olunmamışdı. Təltiflərin sayı ilə təltif olunan şəxslərin sayı eyni deyildi, çünki bəzi sovet sərkərdələri bu mükafatı iki dəfə almışdılar.

Ordenin ilk təltif olunanları arasında marşallar Georgi Jukov və Aleksandr Vasilevski, həmçinin İosif Stalin yer alırdı.

Bu mükafat yalnız sovet hərbçilərinə verilməmişdi. Müttəfiq dövlətlərin beş nümayəndəsi də “Qələbə” ordeni ilə təltif olunmuşdu. Onlar Yuqoslaviya rəhbəri İosip Broz Tito, Polşa marşalı Mixal Rolya-Jimerski, ABŞ generalı Duayt Eyzenhauer, Böyük Britaniya feldmarşalı Bernard Montqomeri və Rumıniya kralı I Mixay idi.

Ordenin tarixində ən mübahisəli hadisələrdən biri 1978-ci ildə baş vermişdi. Həmin il SSRİ rəhbəri Leonid Brejnev “Qələbə” ordeni ilə təltif edilmişdi. Lakin 1989-cu ildə Mixail Qorbaçovun imzaladığı fərmanla bu təltif ordenin statutuna uyğun olmadığı üçün ləğv edildi.

Araşdırma zamanı ordenlə bağlı diqqətçəkən məqamlar da üzə çıxıb. Moskva Kremlinin muzeylərinin məlumatına görə, hər bir ordenin hazırlanması üçün əvvəlcədən 300 qram platin və 180 brilyant nəzərdə tutulmuşdu. Lakin hazır ordenin çəkisi təxminən 78 qram, tərkibindəki platinin miqdarı isə 47 qram idi. Ordenin üzərində 174 brilyant və beş sintetik yaqut yerləşdirilmişdi.

Daha bir maraqlı fakt ordenin hazırlanmasında istifadə olunan qiymətli daşlarla bağlıdır. Araşdırmalar göstərib ki, bəzi brilyantlar hələ Rusiya imperiyası dövründə hazırlanmış zinət əşyalarından və dövlət mükafatlarından götürülmüşdü. Təbii yaqutların rənglərini eyniləşdirmək mümkün olmadığından onların yerinə süni yaqutlardan istifadə edilmişdi.

“Qələbə” ordeni ilə ümumilikdə 17 nəfər təltif edilib. Onlardan 12-si SSRİ-nin hərbi və siyasi rəhbərliyinin nümayəndəsi, 5-i isə xarici ölkələrin hərbi və dövlət xadimi olub. Bu orden sıravi döyüşçülərə deyil, müharibənin gedişinə təsir göstərən strateji əməliyyatlara rəhbərlik etmiş ali hərbi komandanlar üçün nəzərdə tutulmuşdu.

Ordenlə təltif edilmiş 17 nəfərin siyahısı belədir:

1. İosif Stalin – SSRİ rəhbəri, generalissimus (2 dəfə).

2. Georgi Jukov – Sovet İttifaqı marşalı (2 dəfə).

3. Aleksandr Vasilevski – Sovet İttifaqı marşalı (2 dəfə).

4. Konstantin Rokossovski – Sovet İttifaqı marşalı.

5. İvan Konev – Sovet İttifaqı marşalı.

6. Rodion Malinovski – Sovet İttifaqı marşalı.

7. Fyodor Tolbuxin – Sovet İttifaqı marşalı.

8. Leonid Qovorov – Sovet İttifaqı marşalı.

9. Semyon Timoşenko – Sovet İttifaqı marşalı.

10. Aleksey Antonov – Ordu generalı.

11. Kirill Meretskov – Sovet İttifaqı marşalı.

12. Leonid Brejnev – SSRİ rəhbəri (1978-ci ildə təltif edilib, 1989-cu ildə mükafatı ləğv olunub).

13. Duayt Eyzenhauer – ABŞ, ordu generalı.

14. Bernard Montqomeri – Böyük Britaniya, feldmarşal.

15. İosip Broz Tito – Yuqoslaviya rəhbəri.

16. Mixal Rolya-Jimerski – Polşa marşalı.

17. I Mixay – Rumıniya kralı.

Lakin həmin gün təsis edilmiş digər mükafat – “Şöhrət” ordeni ilə azərbaycanlı hərbçilər də təltif olunublar.

“Şöhrət” ordeninin üç dərəcəsi vardı. Birinci dərəcə ən yüksək hesab edilirdi. Hər üç dərəcəni alan hərbçilər ordenin tam kavaleri sayılırdılar.

Azərbaycanın İkinci Dünya müharibəsində iştirakına dair tarixi araşdırmalarda “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüş hərbçilər arasında Əmrah Aslanov, Kamil Qədirov, Əli Hüseynov, İslam Haşımov, Əli Kərimov, Muradalı Heydərov, Süleyman Eldarov, Sultan Mehdi-zadə, Rəhim Rəhimov və digər şəxslərin adları çəkilir. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Noyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see351

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see292

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see287

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see283

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see274

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see260

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see254

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see242

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see234

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see227

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see207

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see206

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see206

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see200

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see199

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see197

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see193

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see183

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri