İlon Maskdan Cybertruck sifarişçilərinə gözlənilməz QƏRAR
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
"Tesla" şirkəti bəzi "Cybertruck" elektrik pikaplarının alıcılarına əvvəlcədən ödədikləri vəsaiti geri qaytaracaq. Buna səbəb sifarişlərin sayının istehsal imkanlarını əhəmiyyətli dərəcədə üstələməsidir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Tesla"nın baş direktoru İlon Mask özünün "X" hesabında məlumat verib.
"İstehsal xəttini təxminən səkkiz aydan sonra dayandırmalı olana qədər mümkün qədər çox avtomobil istehsal etməyə çalışacağıq. Lakin bir çox insana əvvəlcədən ödədikləri vəsaiti geri qaytarmalı olacağıq", - deyə Mask yazıb.
Onun sözlərinə görə, "Cybercab" robotaksisinin istehsalını artırmaq üçün əlavə istehsal gücünün ayrılması fonunda "Cybertruck" modellərinə sifarişlərin daxilolma sürəti şirkətin istehsal imkanlarını əhəmiyyətli dərəcədə üstələyir.
Xatırladaq ki, İlon Mask daha əvvəl "Tesla"nın 2027-ci ildə Texasdakı "Gigafactory" zavodunda "Cybertruck" elektrik pikaplarının istehsalını azaltmağı və "Cybercab" robotaksisinin istehsalını artırmaq üçün istehsal gücünün bir hissəsini bu məqsədə yönəltməyi planlaşdırdığını açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 Noyabr 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















