Icma.az
close
up
RU
Annalena Berbok: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə və mitiqasiya əsas rol oynayır AZƏRTAC

Annalena Berbok: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə və mitiqasiya əsas rol oynayır AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 noyabr, AZƏRTAC

Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində noyabrın 22-də keçirilən mətbuat konfransında aparılan müzakirələrin əsas istiqamətləri barədə danışıb. O, konfransın əsas məqsədinin maliyyə məsələlərini həll etmək olduğunu vurğulayaraq deyib: “COP konfransı aydın olduğu kimi, maliyyə məsələləri ilə bağlıdır. Biz 2035-ci ilədək iqlim dəyişmələrinin təsirindən yaranan itki və zərərin aradan qaldırılması və adaptasiya tədbirlərinin necə həyata keçirilməli olduğunu dəqiq müəyyən etməliyik. Lakin, eyni zamanda, aydındır ki, iqlim maliyyələşdirilməsi mitiqasiya olmadan mümkün deyil”.

A.Berbok iqlim dəyişikliyi ilə mübarizədə 1,5 dərəcə hədəfinin qorunmasının vacibliyinə diqqət çəkib. O, keçən il Dubayda əldə edilən razılaşmaların qorunub saxlanılmasının və onlara əsaslanaraq gələcək maliyyələşdirmə sistemlərinin inkişaf etdirilməsinin vacibliyini bildirib. Vurğulayıb ki, iqlim maliyyələşdirilməsi yeni enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və köhnəlmiş enerji mənbələrinin mərhələli şəkildə aradan qaldırılması ilə əlaqələndirilməlidir.

Nazir Avropa İttifaqının bu istiqamətdə liderlik etməyə hazır olduğunu və 2035-ci ilə qədər öz öhdəliklərini yerinə yetirəcəyini bildirib: “Avropa etibarlı tərəfdaşdır və öz məsuliyyətini yerinə yetirəcək. Lakin biz bunu yalnız geniş donor bazası yaratmaqla həyata keçirə bilərik. Böyük emissiya mənbələri, xüsusən də maliyyə imkanlarına malik olanlar bu prosesə cəlb edilməlidir”.

Almaniyalı nazir inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinə çıxışı asanlaşdırmağın və borcun restrukturizasiyasına dair daha ədalətli sistemlərin yaradılmasının vacibliyini vurğulayıb: “Xüsusilə iqlim fəlakətlərindən təsirlənən ölkələr üçün maliyyə təminatı olmalıdır ki, onların iqtisadi potensialı qorunsun. Biz borcların ləğvi və qrantların ayrılması kimi məsələlərdə daha açıq və ədalətli olmalıyıq”.

A.Berbok Avropanın yalnız öz öhdəliklərini yerinə yetirməklə kifayətlənməyəcəyini, həm də bütün dünyada iqlim ədalətini təmin etmək üçün qlobal əməkdaşlıq axtarışında olacağını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri