Anons verildi: Bu ölkə ilə mühüm müzakirələr gedir Yaxın gələcəkdə...
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında birgə investisiya fondunun yaradılması təklif edilir. Bununla bağlı ölkəmizin ər-Riyaddakı səfiri Şahin Abdullayev “əş-Şarq əl-Avsət” qəzetinə müsahibəsində məlumat verib. O qeyd edib ki, hər iki ölkənin hüdudlarından kənarda investisiya layihələri həyata keçirilə bilər.
Bu addım ölkəyə hansı iqtisadi faydalar gətirəcək?
Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, tədqiqatçı Eyyub Kərimli deyib ki, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ciddi iqtisadi əməkdaşlıq mövcuddur:
“Ər-Riyad ölkəmizin yaşıl enerji sisteminə keçidində vacib investorlardan biridir. Birgə investisiya fondunun yaradılması hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Bu, gələcəkdə həm ikitərəfli, həm də xarici layihələrin maliyyələşdirilməsində mühüm rol oynaya bilər. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına (TDT) da töhfə verərək həmin ölkələrdə investisiya layihələrinin icrasına imkan yaradar”.
Həmçinin oxuyun:
Sərhədlərdən kənara: Azərbaycan mühüm plana start verdi
Eyyub Kərimli
İqtisadçı qeyd edib ki, rəsmi Bakı və Ər-Riyad arasında iqtisadi əməkdaşlığın geniş perspektivləri var:
“Gələcək günlərdə işğaldan azad edilən bölgələrimizdə yeni layihələrlə bağlı Səudiyyə Ərəbistanının investisiyasından istifadə edə bilərik. Qarşı tərəf də bunda maraqlıdır. Ər-Riyadın böyük iqtisadi potensialı, maliyyə imkanları mövcuddur. Birgə fondun yaradılması bir çox istiqamətlər üzrə ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərəcək”.
Ləman Hüseynzadə
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 10 İyun 2025 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















