Icma.az
close
up
RU
Anqola ilə vizasız gediş gəlişə yaşıl işıq Elman Nəsirov

Anqola ilə vizasız gediş gəlişə yaşıl işıq Elman Nəsirov

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanın çoxşaxəli və balanslı xarici siyasət kursu Afrika dövlətləri ilə əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib. Bu çərçivədə Anqola ilə münasibətlərimizin sürətli inkişafı təsadüfi deyil. 1994-cü ildən etibarən qurulan diplomatik əlaqələr bu gün daha yüksək mərhələyə yüksəlib”.SİA xəbər verir ki, bu fikirləri Milli Məclisdə Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişin təsdiqi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov səsləndirib.Deputat bildirib ki, 2025-ci il dekabrın 2-də Nyu-York şəhərində imzalanan bu saziş iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Bu sənədə əsasən, hər iki ölkənin diplomatik və xidməti pasport sahibləri 90 gün müddətinə vizasız səfər etmək hüququ qazanırlar. Bu, təkcə gediş-gəlişin asanlaşdırılması deyil, həm də sosial tərəfdaşlıq, siyasi əməkdaşlıq və humanitar əlaqələrin daha da güclənməsi deməkdir”.E.Nəsirov qeyd edib ki, saziş yalnız vizasız səfərləri tənzimləmir, eyni zamanda xüsusi hallarla bağlı mexanizmləri də nəzərdə tutur: “İctimai təhlükəsizlik, asayiş və sağlamlıqla bağlı risklər yaranacağı təqdirdə müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər. Bu isə sənədin tənzimləyici və balanslaşdırıcı xarakter daşıdığını göstərir”.Deputat vurğulayıb ki, Azərbaycan ilə Anqola arasındakı bu addım ölkəmizin Afrika qitəsinə yönəlik əməkdaşlıq xəttinin səmərəli nəticələrindən biridir: “Afrika ilə əməkdaşlığımız sosial, iqtisadi və diplomatik sahələrdə yeni imkanlar açıb. Bu saziş həmin siyasətin məntiqi davamıdır və gələcək əlaqələr üçün möhkəm hüquqi baza yaradır”.Çıxışının sonunda Elman Nəsirov parlament üzvlərini sənədin lehinə səs verməyə çağırıb: “Bu saziş yalnız diplomatik münasibətlərimizi deyil, həm də dövlətlərarası etimadı gücləndirir. Azərbaycanın qlobal miqyasda nüfuzunun artması fonunda belə təşəbbüslərin dəstəklənməsi vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri