Icma.az
close
up
RU
Elman Nəsirov: “Avropa İttifaqı parçalanacaq”

Elman Nəsirov: “Avropa İttifaqı parçalanacaq”

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar Avropa İttifaqı çətin duruma düşüb. Ənənəvi müttəfiqi olan ABŞ Trampın dövründə Aİ-dən üz döndərib. Qurumun özü daxilində ciddi fikir ayrılıqları hökm sürür. Onun nəticəsidir ki, Avropa İttifaqı Ukrayna məsələsi ilə bağlı hələ də yekun qərara gələ bilmir. Bunu bəzi Avropa liderlərinin Londonda baş tutan görüşü əyani şəkildə göstərdi. Burada Aİ ölkələrinin heç də hamısı təmsil olunmurdu. Ötən əsrin 30-cu illərində Hitler Almaniyanın ərazi iddiaları fonunda Fransa və Böyük Britaniyanın qəti qərar verə bilməməsi bilirik ki, sonda İkinci Dünya müharibəsinə gətirib çıxardı.
Avropa 90 il əvvəlki səhvini yenidən təkrarlayır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, hazırda NATO üzrə strateji müttəfiqlər olan Avropa İttifaqi ilə ABŞ münasibətlərində ciddi gərginlik yaşanır:
“Tramp Aİ-dən idxal etdikləri məhsullara 25 faizlik rüsumun tətbiqilə bağlı qərar verib. Eyni zamanda, Tramp Rusiya Ukrayna müharibəsi fonunda Aİ ilə baş-başa gələcək mövqe ortaya qoyub. Aİ ölkələri birmənalı şəkildə Zelenskini dəstəkləyir. Fevralın 28-də Av Evin dəyirmi zalında Trampla Zelenski arasında baş tutan görüş fəlakətli görüş kimi təqdim olunur. Görüşdən məlum oldu ki, Ağ Ev Ukraynaya, xüsusən də onun liderinə qarşı kəskin mövqeyə malikdir. Hətta gələn qonaqların xərclərini ABŞ Ukrayna tərəfinin özünün ödəməli olduğunu bəyan edib”.
Deputatın fikrincə, Londonda keçirilən Aİ liderlərinin görüşü də real nəticə verməyib:
“Ardınca Londonda Aİ liderləri Ukraynaya dəstəklə bağlı görüş keçirdi. Ancaq onun da real nəticələri yoxdur. Bu görüşün özü də parçalanmış Avropanı göstərdi. Çünki ora Aİ-nin müharibənin əleyhinə olan bir sıra ölkələri dəvət almayıb. Deməli, Aİ ölkələri müharibənin davamına səs verdilər. Lakin ABŞ olmadan müharibənin necə davam edəcəyi sual altındadır. Ona görə Aİ liderləri çalışır ki, prosesdə ABŞ-ın da iştirakı təmin olunsun. NATO büdcəsinin 65-70 faizini ABŞ ödəyir”.
E.Nəsirov hesab edir ki, mart ayında müharibənin gedişində ciddi dönüş baş verə bilər:
“Beynəlxalq münasibətlər sistemində qlobal dəyişikliklər baş verməkdədir. Dünənki müttəfiqlər indi yadlara çevrilir və əksinə. Hesab edirəm ki, mart ayı ərzində Ukrayna Rusiya müharibəsində ciddi informasiyalara malik olacağıq, ciddi dönüş nöqtələri baş verə bilər.
Belədə Aİ də parçalanacaq. Aİ ölkələrinin parçalanması, bir qisminin ABŞ-ın yanında yer alması, bir qisminin də əks mövqedə dayanması baş verəcək. Bu da həm NATO, həm də Aİ-ni son dərəcədə zəiflədəcək. Fikrimcə, şampan butulkasını açırlar. 
1938-ci ildə Münhen sövdələşməsilə Böyük Britaniya, Fransa Çexoslavakiyanın Sudet vilayətini Almaniyaya verdilər. İndiki halda Avropa faktiki olaraq vahid şəkildə çıxış edə bilmir. Avropa dövlətlərinin indi güclü ordusu, hərbi texnikası və potensialı yoxdur. NATO-nun hərbi potensialına görə ən güclü dövləti ABŞ-dır. İkinci yeri isə bu göstəricilərə görə Türkiyə tutur. Böyük Britaniyanın isə cəmi 72 minlik ordusu var. Onlar uzun müddətdir ən yaxşı halda hərbi təlimlər görür və hərbi əməliyyatlarda iştirak etmirlər. Bu gün Avropanın ən güclü ordularından biri Ukrayna ordusudur. Onların 3 illik müharibə təcrübəsi var”.
Rüfət Sultan, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Mart 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri