Icma.az
close
up
RU
Anşlaqla keçən gecədə nələr baş verdi? Fotolar

Anşlaqla keçən gecədə nələr baş verdi? Fotolar

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar artist Mətanət İsgəndərli "Gəl qayıdaq o illərə" adlı solo konserti ilə 27 il sonra tamaşaçı qarşısına çıxıb. 

Axşam.az xəbər verir ki, anşlaqla keçən gecənin aparıcısı Saleh Bağırov olub. Heydər Əliyev Sarayında baş tutan konsertdə M.İsgəndərli ifaları ilə yanaşı söhbətləriylə də yadda qalıb.

27 il fasilə verdiyini deyən müğənni tamaşaçılara səslənərək "27 il, Allah insafımı kəssin. Amma qismətə inanıram. Deməli, qismət bu günə imiş. Allah istəməsə, ağacdan bir yarpaq da düşməz. Nə gözəl gün və qismətdir. Sevənlərim məni heç kimə möhtac etdirmədi. Gücü, qüvvəti sizdən alıram. Qızıl kimi vaxtınızı sərf edib konsertimə gəldiyiniz üçün təşəkkür edirəm" sözlərini söyləyib. 

Həyəcanlı olduğunu gizlədə bilməyən sənətçini gecədə ailə üzvləri də tək qoymayıblar. Nəvələri Tuncay, Ruhlan və Mətanət səhnəyə yaxınlaşaraq ona gül dəstəsi və hədiyyələr veriblər. Tuncaydan danışan ifaçı "Tuncay da mədəniyyət sahəsindədir. O, teatrda çalışır. Tuncay, mənə söz ver ki, ADA universitetinə daxil olacaqsan" sözlərini əvalə edib. 

M.İsgəndərli oğlu Kərimin ikinci həyat yoldaşından və onun valideynlərindən danışıb. Onları səhnəyə dəvət edən müğənni "Allah dedi ki, o, sənin yanında durdu. Sənin əl-ayağındır, Kərim. Qudalarımla fəxr edirəm. Qudamın da adı Mətanətdir. Sağ olun, elə qız tərbiyə etmisiniz. Ən yaralı vaxtımda Allah sizi mənim yanıma göndərdi" deyə, bildirib. 

M.İsgəndərli "Sənətə gələndən Saleh mənim yanımdadır. O, mənim balamdır, əsl dostumdur" sözlərini söyləyib. 

İfaçı yeni mahnısını da ilk dəfə konsertdə Xalq artisti Faiq Sücəddinovun müşayiəti ilə səsləndirib.  İsgəndərli konsertdə "Gecədən sübhədək", "Gəl qayıdaq o günlərə", "Sevdirə bilmədim özümü sənə", "Gecələr" kimi hit mahnılarını oxuyub. 

Zəhra Əhmədova

Foto: Orxan Şərəfxanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://axsam.az
archiveBu xəbər 07 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri