“Traktor” çempiondu! Təbriklər, Güney Azərbaycan!
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Traktor”un 55 illik çempionluq həsrəti Təbrizdə yox, Qəzvində başa çatdı.
Güney Azərbaycan türklərinin qüruru bir neçə dəqiqə əvvəl başa çatan səfər oyununda “Şəms Azər”i darmadağın etdi – 4:0.
“Traktor”un çempionluq yolundakı əsas rəqibi “Sepahan” isə paralel keçən oyunda doğma azarkeşləri önündə “Gül Qohar”a 1:2 hesabıyla uduzdu. Bununla da “Traktor”la izləyicisi arasındakı xal fərqi 8-ə çatdı. Son iki turun nəticəsindən asılı olmadan “Traktor” çempionluğu bayram etdi.
Bu çempionluğa öz qələbəmiz kimi sevinməyə dəyər. Son illərdə dəfələrlə qızıl medalın astanasından qayıdan Təbriz klubu, nəhayət, hədəfinə çatdı.
Təbriklər, “Traktor”! Çempionluğunuz mübarək, Güney Azərbaycan türkləri!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 02 May 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















