Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Antarktida buzlaqlarının altındakı gizli dünya: Siqnallar nəyin xəbərçisidir?

Antarktida buzlaqlarının altındakı gizli dünya: Siqnallar nəyin xəbərçisidir?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Antarktida buzlaqlarının altında milyonlarla ildir pozulmadan qalmış nəhəng düz ərazilər və qədim çay yataqları aşkarlanıb. Eyni zamanda buzun dərinliklərindən elm adamlarını çaşdıran müəmmalı siqnallar da gəlməkdədir. Bu siqnallar nəyin xəbərçisidir?

Qayanrinfo xəbər verir ki, Yer üzünün ən soyuq və ən izolyasiya olunmuş qitəsi sayılan Antarktida yalnız sərt iqlimi ilə deyil, həm də altında gizlətdiyi sirrlərlə elmi cəmiyyətin diqqətini çəkməyə davam edir. 34 milyon ildir qalın buz təbəqələri ilə örtülü olan qitə dünyanın şirin su ehtiyatlarının təxminən 70 faizini daşıyır.

Lakin Antarktida sadəcə donmuş bir səhralıq deyil: onun altında gizlənmiş dağlar, vadilər, basdırılmış çay yataqları və hətta məlum olmayan siqnallarla dolu müəmmalı bir coğrafiya mövcuddur.

Buzun altındakı antik düzənliklər alimləri heyrətə saldı

Yaxın günlərdə dərc olunmuş iki böyük tədqiqat, Antarktidanın altında milyonlarla il gizlənmiş geoloji quruluşların günümüzdəki buz hərəkətləri ilə necə əlaqələndiyini və iqlim dəyişikliyinə necə cavab verdiyini ortaya qoyub.

Durham Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu, Şərqi Antarktidanın Şahzadə Elizabet torpaqları ilə Corc V torpaqları arasında yerləşən 3500 kilometrlik sahildə daha əvvəl xəritələnməmiş geniş düz səthlər aşkar edib. Radio-eko skan adlı radar texnologiyası ilə aparılan araşdırmalar, buzun altında diqqətçəkici dərəcədə hamar və geniş sahələrin olduğunu ortaya çıxarıb.


Antik çay sistemlərindən qalmış qədim quru sahələri ola bilər

"Nature Geoscience” jurnalında yayımlanan məqaləyə görə, bu düzənliklərin 80 milyon il əvvəl Avstraliya ilə Şərqi Antarktidanın ayrılması zamanı yaranmış qədim çay sistemlərindən qalan quru parçaları olduğu güman edilir. Hazırda bu sahələr yavaş hərəkət edən qalın buz təbəqələri ilə örtülüdür.

Araşdırmanın baş müəllifi doktor Qay Paksman qeyd edir:

"Bu səthlər 30 milyon ildən artıq müddətdə demək olar ki, pozulmadan qalıb. Bu, buzun bəzi bölgələrdə zəmini aşındırmaq yerinə qoruduğunu göstərir. Bu quruluşlar yalnız Yer kürəsinin deyil, Günəş sistemindəki istənilən quru planetin ən sirli mənzərələrindən biri ola bilər”.

"Artıq əlimizdə daha aydın mənzərə var”

Nyukasl Universitetindən geofizik professor Nil Ross isə bildirir ki, bu kəşf Antarktidanın buzlaq keçmişini daha yaxşı anlamağa imkan verir:

"Bu araşdırma, uzun müddətdir müxtəlif radar məlumatları ilə qismən bilinən düz səthlərin əslində çox daha geniş yayılmış və sistematik olduğunu göstərir. Bu səthlər, iqlim tarixi ilə buz hərəkəti arasındakı əlaqəni daha dəqiq müəyyənləşdirməyə imkan verir”.

Bu düzənliklər daha dərin buzaltı çökəkliklərlə bir-birindən ayrılır. Alimlər bu quruluşların buzun axın sürətini azaldaraq qlobal istiləşməyə qarşı bir növ tampon rolunu oynadığını düşünürlər.


Buzlaq davranışları ilə iqlim reaksiyaları arasındakı əlaqə dəqiqləşir

Tədqiqatlar yalnız səth formaları ilə məhdudlaşmır. Alimlər bu düzənliklərin milyonlarla il əvvəlki geoloji proseslərlə formalaşdığını və bu gün buzun hərəkətini necə istiqamətləndirdiyini anlamağa çalışırlar. Xüsusilə Şərqi Antarktida Buz Qatı ("East Antarctic Ice Sheet” – EAIS) altındakı relyefin bu nəhəng buz kütləsinin iqlim dəyişikliklərinə qarşı müqavimətini və davranışını birbaşa təsir etdiyi hesab olunur.

Radar analizləri bu səthlərin dəniz səviyyəsindən 200-450 metr yüksəklikdə yerləşdiyini və okean istiqamətində yüngül meyilli olduğunu göstərib. Bu da onların bir zamanlar çaylar və tektonik hərəkətlərlə formalaşmış sahil ovalarının parçaları olduğunu göstərir.

"Bilmədiyimiz hissəciklər və ya qaranlıq maddə ilə qarşı-qarşıyayıq”

Tədqiqatçıların marağını cəlb edən təkcə yer quruluşları deyil. ANITA (Antarktida İmpuls Tranzit Antennası) adlı təcrübi sistem, buz təbəqəsinin dərinliklərindən gələn və mövcud fizika qanunları ilə izahı mümkün olmayan radio siqnallar qeydə alıb. Normalda neytrino kimi nadir hissəcikləri izləmək üçün nəzərdə tutulan cihaz, buzun altından fiziki cəhətdən mümkünsüz sayılan bucaqlardan siqnallar alıb.

Pensilvaniya Dövlət Universitetindən astrofizik doktor Stefani Vissel bildirir:

"Bu radio dalğaları 30 dərəcə kimi olduqca dik bir bucaqla gəlirdi. Bu, indiyə qədər müşahidə etmədiyimiz və hələ anlayışımız xaricində olan bir hadisədir. Ola bilər ki, bilmədiyimiz yeni hissəcik növləri və ya qaranlıq maddə ilə qarşı-qarşıyayıq”.

Bu müşahidələr Antarktidanın yalnız geoloji deyil, kosmik tədqiqatlar üçün də nə qədər önəmli bir laboratoriya olduğunu sübut edir.


Antarktida buzlaqları əriyir, qlobal təhlükə böyüyür!

Digər tərəfdən alimlər hesab edirlər ki, Antarktidadakı buz ehtiyatları tamamilə əriyərsə, qlobal dəniz səviyyəsi 56-58 metr yüksələ bilər. Bu isə dünya üzrə sahilyanı şəhərlərin və milyonlarla insanın yaşayış sahələrinin təhlükə altında olması deməkdir. "NASA”nın məlumatına görə, "El-Niño” kimi okean hadisələri belə Antarktida buz örtüklərində ildə 25 santimetrədək əriməyə səbəb ola bilir.

Bundan əlavə, Fransa böyüklüyündə buz kütlələrinin okeana sürükləndiyi müşahidə olunub. Bu yalnız dəniz səviyyəsinə deyil, həm də okean cərəyanlarına, külək sistemlərinə və beləliklə də qlobal iqlimə birbaşa təsir edir. Kiçik itkilərin belə böyük iqlim nəticələri doğura bildiyi bu sistemdə Antarktidanın diqqətlə izlənməsi həyati əhəmiyyət daşıyır.

Bütün bu tapıntılar iqlim dəyişikliyinə qarşı atılacaq addımları formalaşdıra bilər

Nəticə olaraq, Antarktidada aparılan bu araşdırmalar yalnız elmi maraq doğurmur; insanlığın gələcəyi üçün həlledici məlumatlar verir. Qitənin altında gizlənmiş yer quruluşları və məlum fizikadan kənar siqnallar təbiətin həm keçmişinə, həm də gələcəyinə dair dərin ipucları ehtiva edir.

Həm səthlərin milyon illər ərzində necə qorunduğunu, həm də bu gün buzun necə hərəkət etdiyini anlamaq iqlim dəyişikliyinə qarşı görüləcək tədbirlərin planlaşdırılmasında əhəmiyyətli rol oynaya bilər. Alimlər, bu bölgələrə dair daha çox məlumat toplayaraq iqlim modellərini inkişaf etdirməyi və qlobal istiləşmədən ən çox təsirlənən yerlərdən biri olan Antarktidanın gələcəyini daha düzgün proqnozlaşdırmağı hədəfləyirlər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyul 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see495

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see332

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see190

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see142

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri