Icma.az
close
up
RU
AntiAzərbaycan qüvvələri bu dəfə də COP29da məğlub oldular! Deputat

AntiAzərbaycan qüvvələri bu dəfə də COP29da məğlub oldular! Deputat

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin Bakı COP29 Konfransı uğurla davam edir və hər keçən gün yeni qəbul olunmuş tarixi qərarlarla yadda qalır. Azərbaycanın və Bakının adları dünyanın dörd bir yanından eşidilir və 196 ölkənin nümayəndələrinin yerli və beynəlxalq mətbuata verdikləri müsahibələrdə ölkəmizin yüksək təşkilatçılığı və qonaqpərvərliyi haqqında təriflə danışılır.

Gununsesi.info xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib.

Deputat bildirib ki, COP sayəsində Azərbaycanın nüfuzu, etimadı və ölkəmizi tanıyanların sayı dünyada bir neçə dəfə artıb:

“Prezident İlham Əliyevin noyabrın 12-də COP-un Liderlər Sammitinin açılış mərasimindəki və noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki cəsarətli çıxışları birbaşa hədəfə dəydi və olduqca təsirli oldu.

Hər iki çıxışda beynəlxalq hüquq normalarını və insan hüquqlarını kobud şəkildə pozan və neo-müstəmləkəçilik siyasətini davam etdirən Fransa və Niderland haqlı olaraq tənqid olundular. Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Josef Borrelin ittifaqdan kənar ölkələri “cəngəllik” adlandırması, Avropa Parlamentinin və AŞPA-nın dənizaşırı ölkələrdəki siyasi repressiyalara riyakarcasına səssiz qalması qınandı.

Bu tənqidin hədəfi olanlar, yəqin ki, Azərbaycan Prezidentinin belə bir mötəbər tədbirdə bu qədər haqlı və eyni zamanda sərt tənqidlər səsləndirməsini və onları dünyanın gözü qarşısında ifşa etməsini heç vaxt unutmayacaqlar. Bəli, unutmasınlar! Çünki bu tənqidləri tamamilə haqq ediblər. Həm də onu da unutmasınlar ki, Azərbaycan 1988-ci ildən bu yana onların haqsız və qərəzli hücumlarına məruz qalan bir ölkədir.

30 il ərzində erməni işğalı altında əzab çəkən xalqımızın iztirablarına biganə yanaşan, əksinə, erməni terrorçularını dəstəkləyən və bu gün də Ermənistanı silahlandıran Makronun rəhbərlik etdiyi Fransa ilə başqa cür davranmaq mümkün deyil. Biz beynəlxalq ədalətsizliyin nə demək olduğunu məhz onların sayəsində öyrəndik”.

A. Quliyev onu da vurğulayıb ki, Fransa iqlim dəyişkiliyindən əziyyət çəkən müstəmləkə və kiçik ada dövlətlərinə qarşı da amansızdır:

“COP kimi nüfuzlu beynəlxalq tədbirdə isə bu siyasətin ifşa olunmaması sadəcə doğru olmazdı. Bu, həm də Prezident İlham Əliyevin döyüşkən ruhuna, qorxmazlığına, cəsarətinə və prinsipial siyasi mövqeyinə uyğun olmazdı. Unutmayaq ki, hər zaman cəsurlar qalib gəlir.

Digər tərəfdən, məgər torpaqlarımızın işğaldan azad olunması üçün Vətən müharibəsinə və antiterror əməlliyatına başlamaq əmrini verən və hər iki şərəfli missiyasını qələbə ilə başa çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev deyilmi? Əgər, cənab Prezident “buna kim nə deyər” və ya “xaricilər buna necə baxar” analayışı ilə hərəkət etsəydi, o zaman hamı üçün mümkünsüz olanı mümkün etmək, torpaqlarımızı qlobal güclərin əlindən xilas etmək olardımı? Əlbəttə ki, yox!

Məhz buna görə də Prezident İlaham Əliyevin COP29-da etdiyi hər iki cəsarətli çıxışa bu cür yanaşmaq lazımdır, çəkinmək və qorxmaq lazım deyil.

Onun nəticəsidir ki, artıq “The Telegraphe” kimi nüfuzlu dünya nəşrləri Azərbaycan Prezidentinə istinad edərək Makron rejiminin neo-kolonialist cinayətlərindən yazmağa başlayıb, buna cəsarət edib. Dünya ictimaiyyəti və COP kimi geniş imkanlara malik olan beynəlxalq auditoriya cənab Prezidentin sayəsində kiçik ada dövlətlərinin problemləri və onların barbarcasına məruz qaldığı yenimüstəmləkə siyasəti ilə yaxından tanış olublar. Makron rejimi bir daha əmin oldu ki, evi şüşədən olanın qonşusuna daş atması yaxşı hərəkət deyil.

Bütün bunlar təbii ki, Fransanı və Makronu özündən çıxardıb, ciddi narahat edib və ona görə də bütün resurslarını işə salaraq Azərbaycanın COP gündəliyini, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yönəlik siyasətini hədəfə alıb. Bunun üçün təkcə ekologiya nazirini, Qərbin bir sıra feyk mətbuatını deyil, Əli Kərimli və Qənimət Zahid kimi antimilli qüvvələrin informasiya resurslarını da işə salıb.

Ona görə də təsadüfi deyil ki, son bir həftədir ki, Yelisey sarayının və Makron rejiminin Azərbaycanın əleyhinə istifadə etdiyi əksər tezisləri Əli Kərimli və Qəniumət Zahid olduğu kimi təkrarlayır, COP 29-un Bakıda keçirilməsini gözdən salmağa çalışır, kiçik ada dövlətlətinə yardım edilməsini və onların üzləşdiyi ekzistensial problemlərin qabardılmasını rişxəndlə qarşılayırlar. Bundan başqa, bu kimi antimilli qüvvələr bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq və yenidənqurma işlərini, Qərbi Azərbaycana qayıdış konsepsiyasını, milli birliyimizi qəsdən hədəfə almaqla dövlətimizə qarşı dezinformasiya və təxribatla məşğuldular.

Ancaq bu təxribatların heç bir nəticəsi olmadı və bundan sonra da olmayacaq.

Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular!

Qazanan isə Azərbaycanımız, milli maraqlarımız və strateji hədəflərimız oldu!”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri