Icma.az
close
up
RU
AntiAzərbaycan qüvvələri bu dəfə də COP29da məğlub oldular Azay Quliyev

AntiAzərbaycan qüvvələri bu dəfə də COP29da məğlub oldular Azay Quliyev

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

BMT-nin Bakı COP29 Konfransı uğurla davam edir və hər keçən gün yeni qəbul olunmuş tarixi qərarlarla yadda qalır. Azərbaycanın və Bakının adları dünyanın dörd bir yanından eşidilir və 196 ölkənin nümayəndələrinin yerli və beynəlxalq mətbuata verdikləri müsahibələrdə ölkəmizin yüksək təşkilatçılığı və qonaqpərvərliyi haqqında təriflə danışılır. Bu gün demək olar ki, COP sayəsində Azərbaycanın nüfuzu, etimadı və ölkəmizi tanıyanların sayı dünyada bir neçə dəfə artıb.


Prezident İlham Əliyevin noyabrın 12-də COP-un Liderlər Sammitinin açılış mərasimindəki və noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki cəsarətli çıxışları birbaşa hədəfə dəydi və olduqca təsirli oldu. Hər iki çıxışda beynəlxalq hüquq normalarını və insan hüquqlarını kobud şəkildə pozan və neo-müstəmləkəçilik siyasətini davam etdirən Fransa və Niderland haqlı olaraq tənqid olundular. Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Cosef Borelin ittifaqdan kənar ölkələri "cəngəllik" adlandırması, Avropa Parlamentinin və AŞPA-nın dənizaşırı ölkələrdəki siyasi repressiyalara riyakarcasına səssiz qalması qınandı.

Bu tənqidin hədəfi olanlar, yəqin ki, Azərbaycan Prezidentinin belə bir mötəbər tədbirdə bu qədər haqlı və eyni zamanda sərt tənqidlər səsləndirməsini və onları dünyanın gözü qarşısında ifşa etməsini heç vaxt unutmayacaqlar.

Bəli, unutmasınlar! Çünki bu tənqidləri tamamilə haqq ediblər. Həm də onu da unutmasınlar ki, Azərbaycan 1988-ci ildən bu yana onların haqsız və qərəzli hücumlarına məruz qalan bir ölkədir. 30 il ərzində erməni işğalı altında əzab çəkən xalqımızın iztirablarına biganə yanaşan, əksinə, erməni terrorçularını dəstəkləyən və bu gün də Ermənistanı silahlandıran Makronun rəhbərlik etdiyi Fransa ilə başqa cür davranmaq mümkün deyil. Biz beynəlxalq ədalətsizliyin nə demək olduğunu məhz onların sayəsində öyrəndik.

Fransa iqlim dəyişkiliyindən əziyyət çəkən müstəmləkə və kiçik ada dövlətlərinə qarşı da amansızdır. COP kimi nüfuzlu beynəlxalq tədbirdə isə bu siyasətin ifşa olunmaması, sadəcə mümkün deyildi. Bu, həm də Prezident İlham Əliyevin döyüşkən ruhuna, qorxmazlığına, cəsarətinə və prinsipial siyasi mövqeyinə uyğun olmazdı. Unutmayaq ki, hər zaman cəsurlar qalib gəlir.

Digər tərəfdən, məgər torpaqlarımızın işğaldan azad olunması üçün Vətən müharibəsinə və antiterror əməlliyatına başlamaq əmrini verən və hər iki şərəfli missiyasını qələbə ilə başa çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev deyilmi? Əgər, cənab Prezident “buna kim nə deyər” və ya “xaricilər buna necə baxar” anlayışı ilə hərəkət etsəydi, o zaman hamı üçün mümkünsüz olanı mümkün etmək, torpaqlarımızı qlobal güclərin əlindən xilas etmək olardımı? Əlbəttə ki, yox!

Məhz buna görə də Prezident İlaham Əliyevin COP29-da etdiyi hər iki cəsarətli çıxışa bu cür yanaşmaq lazımdır. Onun nəticəsidir ki, artıq “The Telegraphe” kimi nüfuzlu dünya nəşrləri Azərbaycan Prezidentinə istinad edərək Makron rejiminin neo-kolonialist cinayətlərindən yazmağa başlayıb, buna cəsarət edib. Dünya ictimaiyyəti və COP kimi geniş imkanlara malik olan beynəlxalq auditoriya cənab Prezidentin sayəsində kiçik ada dövlətlərinin problemləri və onların barbarcasına məruz qaldığı yenimüstəmləkə siyasəti ilə yaxından tanış olublar. Makron rejimi bir daha əmin oldu ki, evi şüşədən olanın qonşusuna daş atması yaxşı vərdiş deyil.

Bütün bunlar təbii ki, Fransanı və Makronu özündən çıxardıb, ciddi narahat edib və ona görə də bütün resurslarını işə salaraq Azərbaycanın COP gündəliyini, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yönəlik siyasətini hədəfə alıb. Bunun üçün təkcə ekologiya nazirini, Qərbin bir sıra feyk mətbuatını deyil, Əli Kərimli və Qənimət Zahid kimi antimilli qüvvələrin informasiya resurslarını da işə salıb.

Ona görə də təsadüfi deyil ki, son bir həftədir ki, Yelisey sarayının və Makron rejiminin Azərbaycanın əleyhinə istifadə etdiyi əksər tezisləri Əli Kərimli və Qəniumət Zahid olduğu kimi təkrarlayır, COP 29-un Bakıda keçirilməsini gözdən salmağa çalışır, kiçik ada dövlətlətinə yardım edilməsini və onların üzləşdiyi ekzistensial problemlərin qabardılmasını rişxəndlə qarşılayırlar. Bundan başqa, bu kimi antimilli qüvvələr bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq və yenidənqurma işlərini, Qərbi Azərbaycana qayıdış konsepsiyasını, milli birliyimizi qəsdən hədəfə almaqla dövlətimizə qarşı dezinformasiya və təxribatla məşğuldular.

Ancaq bu təxribatların heç bir nəticəsi olmadı və bundan sonra da olmayacaq.

Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular!

Qazanan isə Azərbaycanımız, milli maraqlarımız və strateji hədəflərimız oldu!

Azay Quliyev

Millət vəkili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 19 Noyabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri