Icma.az
close
up
RU
AntiAzərbaycan qüvvələri bu dəfə COP29da məğlub oldular ŞƏRH AZƏRTAC

AntiAzərbaycan qüvvələri bu dəfə COP29da məğlub oldular ŞƏRH AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

COP29 uğurla davam edir və hər keçən gün qəbul olunmuş yeni tarixi qərarlarla yadda qalır. Azərbaycanın və Bakının adları dünyanın dörd bir yanından eşidilir və 196 ölkənin nümayəndələrinin yerli və beynəlxalq mətbuata verdikləri müsahibələrdə ölkəmizin yüksək təşkilatçılığı və qonaqpərvərliyi haqqında təriflə danışılır.

Bu sözləri Milli Məclisin deputatı Azay Quliyev AZƏRTAC-a açıqlamasında bildirib.

COP sayəsində Azərbaycanın nüfuzu, etimadı və ölkəmizi tanıyanların sayının daha da artdığını qeyd edən deputat deyib: “Prezident İlham Əliyevin noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılış mərasimində və noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində cəsarətli çıxışları birbaşa hədəfə dəydi və olduqca təsirli oldu. Hər iki çıxışda beynəlxalq hüquq normalarını və insan hüquqlarını kobud şəkildə pozan və neokolonializm siyasətini davam etdirən Fransa və Niderland haqlı olaraq tənqid edildi. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin ittifaqdan kənar ölkələri “cəngəllik” adlandırması Avropa Parlamentinin və AŞPA-nın dənizaşırı ölkələrdəki siyasi repressiyalara riyakarcasına səssiz qalması qınandı. Bu tənqidin hədəfi olanlar, yəqin ki, Azərbaycan Prezidentinin belə bir mötəbər tədbirdə bu qədər haqlı və eyni zamanda, sərt tənqidlər səsləndirməsini və onları dünyanın gözü qarşısında ifşa etməsini heç vaxt unutmayacaqlar. Bəli, unutmasınlar! Çünki bu tənqidləri tamamilə haqq ediblər. Həm də onu da unutmasınlar ki, Azərbaycan 1988-ci ildən bu yana onların haqsız və qərəzli hücumlarına məruz qalan ölkədir. Otuz il ərzində erməni işğalı altında əzab çəkən xalqımızın iztirablarına biganə yanaşan, əksinə, erməni terrorçularını dəstəkləyən və bu gün də Ermənistanı silahlandıran Emmanuel Makronun rəhbərlik etdiyi Fransa ilə başqa cür davranmaq mümkün deyil”

A.Quliyev vurğulayıb ki, biz beynəlxalq ədalətsizliyin nə demək olduğunu məhz onların sayəsində öyrəndik. Fransa iqlim dəyişmələrindən əziyyət çəkən müstəmləkə və kiçik ada dövlətlərinə qarşı da amansızdır. COP29 kimi nüfuzlu beynəlxalq tədbirdə bu siyasətin ifşa olunması sadəcə ədalətin tələbi idi. Bu, həm də Prezident İlham Əliyevin sarsılmaz iradəsinə, cəsarətinə və prinsipial siyasi xas cəhətlərdir. Unutmayaq ki, hər zaman cəsurlar qalib gəlir. Digər tərəfdən, məgər torpaqlarımızın işğaldan azad olunması üçün Vətən müharibəsinə və antiterror əməliyyatına başlamaq əmrini verən və hər iki şərəfli missiyasını qələbə ilə başa çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev deyilmi? Əgər Prezident İlham Əliyev “buna kim nə deyər” və ya “xaricilər buna necə baxar” anlayışı ilə hərəkət etsəydi, o zaman hamı üçün mümkünsüz olanı mümkün etmək, torpaqlarımızı qlobal güclərin əlindən xilas etmək olardımı? Əlbəttə ki, yox!

“Məhz buna görə də Prezident İlham Əliyevin COP29-da etdiyi hər iki cəsarətli çıxışa bu cür yanaşmaq lazımdır. Onun nəticəsidir ki, artıq “Telegraph” kimi nüfuzlu dünya nəşrləri Azərbaycan Prezidentinə istinad edərək Makron rejiminin neokolonializm cinayətlərindən yazmağa başlayıb, buna cəsarət edib. Dünya ictimaiyyəti və COP kimi geniş imkanlara malik olan beynəlxalq auditoriya Prezidentimizin sayəsində kiçik ada dövlətlərinin problemləri və onların barbarcasına məruz qaldığı neokolonializm siyasəti ilə yaxından tanış olublar. E.Makron rejimi bir daha əmin oldu ki, evi şüşədən olanın qonşusuna daş atması yaxşı vərdiş deyil. Bütün bunlar təbii ki, Fransanı və E.Makronu özündən çıxarıb, ciddi narahat edib və ona görə də bütün resurslarını işə salaraq Azərbaycanın COP gündəliyini, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yönəlik siyasətini hədəfə alıb. Bunun üçün təkcə ekologiya nazirini, Qərbin bir sıra feyk mətbuatını deyil, antimilli qüvvələrin informasiya resurslarını da işə salıb. Bundan başqa, bu kimi antimilli qüvvələr bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq və yenidənqurma işlərini, Qərbi Azərbaycana qayıdış konsepsiyasını, milli birliyimizi qəsdən hədəfə almaqla dövlətimizə qarşı dezinformasiya və təxribatla məşğuldurlar. Ancaq bu təxribatların heç bir nəticəsi olmadı və bundan sonra da olmayacaq. Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular. Qazanan isə Azərbaycanımız, milli maraqlarımız və strateji hədəflərimız oldu”, - deyə A.Quliyev qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri