Icma.az
close
up
RU
Antibiotiklər bağırsağa nə edir və onlardan sonra probiotik içmək lazımdırmı?

Antibiotiklər bağırsağa nə edir və onlardan sonra probiotik içmək lazımdırmı?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Antibiotiklər təhlükəli infeksiyaların müalicəsində vacib rol oynasa da, onların sağlamlığa təsiri ilə bağlı suallar tez-tez gündəmə gəlir.

Qayanrinfo antibiotiklərin orqanizmə mümkün zərərləri, bağırsaq funksiyasını uzunmüddətli poza bilib-bilməməsi və müalicədən sonra bərpa yolları barədə məlumatı təqdim edir.

Nə baş verir?

Bir çox insan antibiotik qəbul edərkən ürəkbulanma, qarın spazmları və ya ishal kimi həzm problemləri yaşayır. Mütəxəssislərin izahına görə, antibiotiklər zərərli bakteriyalarla yanaşı, bağırsaqda yaşayan faydalı mikroorqanizmlərin bir hissəsini də məhv edir. Bu bakteriyalar immun sistemin və həzm prosesinin dəstəklənməsində mühüm rol oynayır.

Bəzi antibiotiklər isə birbaşa bağırsağa təsir göstərə bilər. Məsələn, azitromisin ("Z-Pak” preparatlarının tərkibinə daxil olan maddə) bağırsaq reseptorlarına təsir edərək spazmlara səbəb ola bilər.

Ən çox zərər görən orqan bağırsaq hesab olunur, çünki burada trilyonlarla bakteriya yaşayır və onlar mikrobiomu təşkil edir. İmmuniteti zəif olan şəxslərdə və bəzi dərman qəbul edən insanlarda mikrobiom balansı daha ciddi pozula bilər. Bu isə "C.difficile” bakteriyası ilə yoluxma riskini artırır.

Qısa müddətli həzm narahatlıqları adətən normal sayılır və mikrobiomun tamamilə pozulduğu anlamına gəlmir. Əksər hallarda o, bir neçə həftə ərzində bərpa olunur. Lakin uşaqlarda mikrobiom daha həssas olduğundan təsir daha uzunmüddətli ola bilər.

Bəzən isə problem antibiotikdən yox, infeksiyanın özündən sonra yaranan qıcıqlanmış bağırsaq sindromu ilə bağlı olur və səbəbi ayırd etmək çətinləşir.

Antibiotiklərin təsiri nə qədər davam edir?

Alimlər uzun müddət antibiotiklərin mikrobioma təsirinin nə qədər sürdüyünü dəqiq bilmirdilər. "Nature Medicine” jurnalında dərc olunan İsveç tədqiqatında təxminən 15 min insanın məlumatları araşdırılıb.

Nəticələr göstərib ki, bəzi hallarda hətta bir antibiotik kursu belə mikrobiomu illərlə dəyişdirə bilər.

Ən güclü təsir klindamisin, flukloksasillin və ftorxinolonlar kimi geniş təsir spektrli antibiotiklərdə müşahidə olunub. Amoksisillin, azitromisin və sefaleksin kimi preparatlarda isə təsir daha zəif və qısamüddətli olub.

Fərqli antibiotiklər bağırsağa fərqli təsir göstərir və nəticələr insanın fərdi xüsusiyyətlərindən də asılıdır.

Antibiotik zamanı bağırsağı necə qorumaq olar?

Bir çox insan antibiotiklə birlikdə probiotik qəbul etməyə üstünlük verir. Lakin mövcud elmi sübutlar onların ümumi təsirinin çox güclü olmadığını göstərir. 2023-cü ilin meta-analizi probiotiklərin antibiotik fonunda təsirinin minimal olduğunu qeyd edir.

Bundan əlavə, 2018-ci ildə "Cell” jurnalında dərc olunan araşdırma göstərib ki, probiotik qəbul edənlərdə mikrobiomun bərpası bəzən daha gec baş verə bilər.

Bununla yanaşı, probiotiklərin xəstəxana şəraitində və yüksək risk qruplarında "C.difficile” infeksiyasının qarşısını almaqda faydalı ola biləcəyinə dair sübutlar var. Lakin bu, həkimlə məsləhətləşməlidir.

Antibiotikdən sonra bağırsağı probiotiksiz necə bərpa etmək olar?

Elmi məlumatlara əsasən üç əsas yanaşma daha effektiv hesab olunur.

Daha çox lif qəbul edin

Bağırsaq mikrobları lifləri parçalayaraq qısa zəncirli yağ turşuları yaradır. Lif çatışmazlığı olduqda psilium kimi əlavələr istifadə oluna bilər. Gündəlik norma: qadınlar üçün 25 q, kişilər üçün 38 q (50 yaşdan yuxarı qruplarda bir qədər az).

Müxtəlif lif növləri qəbul edin

Yalnız miqdar deyil, müxtəliflik də vacibdir. Tədqiqatlar göstərir ki, bitki mənşəli qidaların müxtəlifliyi bağırsaq mikrobiomunun zənginliyi ilə birbaşa əlaqəlidir.

Fermentləşdirilmiş qidalar yeyin

Məsələn, yunan yoqurtu və ya kimçi. Stenford Universitetinin araşdırmasına görə, fermentləşdirilmiş qidalar qəbul edən insanlarda mikrobiom müxtəlifliyi artır və iltihabi göstəricilər azalır.

Antibiotiklər infeksiyalara qarşı həyati əhəmiyyət daşıyır. Onlar yalnız həkim təyinatı ilə qəbul edilməli və kurs yarımçıq dayandırılmamalıdır. Mümkün olduqda daha dar spektrli antibiotiklərə üstünlük verilməlidir. Virus xəstəliklərində isə antibiotiklər təsir göstərmir.

Ən vacib məqam: antibiotik kursu başladılıbsa, mütləq tam başa çatdırılmalıdır ki, infeksiya tam sağalsın və bakteriyalarda müqavimət yaranmasın.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 İyun 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri