Icma.az
close
up
RU
Təbii antibiotiklər

Təbii antibiotiklər

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Antibiotik sözü "anti" - qarşı və "bio" - həyat sözlərindən əmələ gəlib.

Bu preparatlar mikrobları məhv edir. Bir çox xəstəliklərin (məsələn, tonzillit, haymorit, otit və s.) müalicəsində antibiotiklərdən istifadə olunur.

Təbiətdə insan orqanizminə antibiotiklərin təsirinə oxşar təsir edən bəzi bitkilər və maddələr var. Onlar da orqanizmə düşən zərərli mikrobları məhv edir. Bundan əlavə bu təbii vasitələr virusəleyhinə təsir edir (kimyəvi antibiotiklər - yox!), immuniteti möhkəmləndirir, bağırsaqların xeyirli mikroflorasını məhv etmir (kimyəvi antibiotiklər isə edir!), allergik reaksiyalara çox nadir hallarda səbəb olur (antibiotiklər isə kifayyət qədər tez-tez müxtəlif allergik reaksiyalara səbəb olur). Beləliklə təbii "antibiotiklərin" bir çox üstünlükləri var. Əlbəttə ki, həqiqi antibiotiklərləri heç bir təbii vasitələrlə tam əvəz etmək mümkün deyil. Lakin təbii antibiotiklərin istifadəsi soyuqdəymə və iltihablar zamanı müalicə müddətini xeyli azalda bilər.

Beləliklə, təbii antibiotiklərin arasında bu kimi məhsulları göstərmək olar.

- Moruq və moruq mürəbbəsi. Moruğun tərkibində asetilsalisil turşuya oxşar maddələr var. (Biz bu turşunu "aspirin" kimi tanıyırıq.) Bu səbəbdən moruq orqanizmə hərarətsalan, iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir. Qripp və soyuqdəymələr zamanı moruq mürəbbəsi əvəzolunmaz vasitədir.

- Bal qədim vaxtlardan müxtəlif iltihablar zamanı istifadə olunur. Bal mikrob, iltihab və göbələkəleyhinə təsir edir. Bu əsl təbii antibiotikdir.

- Xardal da orqanizmə güclü iltihab və mikrobəəleyhinə təsir edir. Məhz bu səbəbdən soyuqdəymənın ilk simptomlarında xardal əlavə olunmuş isti ayaq vannaları çox yaxşı təsir edir. 5 l isti suya 2 xörək qaşığı quru xardal əlavə olunur. Bundan əlavə xardal  boğaz iltihabları zamanı da uğurla istifadə oluna bilər. 1 stəkan ilıq suya 1/2 çay qaşığı quru xardal əlavə olunur, qarışdırılır və qarqara edilir. Boğazda "qaşınma" hissi və ağrı yox olur, iltihab azalır.

- Sarımsaq və soğan da orqanizmə güclü iltihab, mikrob və virusəleyhinə təsir edir. Angina zamanı sarımsaqla qarqara etmək yaxşıdır. Bunun üçün 1 diş sarımsağı xırda doğrayın, üzərinə 1/2 stəkan isti su tökün, 15 dəqiqədən sonra süzün və qarqara edin (gün ərzində 3-4 dəfə).

- Qara qarağat və qara qarağat mürəbbəsi də soyuqdəymələr və iltihablar zamanı geniş istifadə olunur.

- Ağ turpun şirəsi çox yaxşı iltihabəleyhinə təsir edir və bəlgəmgətirici vasitə kimi istifadə olunur. Öskürək, bronxit zamanı çox güclü müalicəvi təsir edir.

- Qıtığotu kökün tərkibində də antibiotiklərin tərkibinə oxşar maddələr var. Qıtığotu müxtəlif iltihablar zamanı və həmçinin profilaktik məqsədi ilə istifadə oluna bilər.

- Qreypfrutun tərkibində olan bəzi maddələr müxtəlif mikroblar, viruslar, göbələklərlə mübarizə aparır.

- Propolis (arı yapışqanı) mikrob və viruslarla çox uğurla mübarizə aparır. Angina zamanı propolislə qarqaralar güclü iltihabəleyhinə təsir edir. Propolis bağırsaqlarda, sidik yollarında və sidik kisəsində olan iltihablarla da mübarizə aparır.

- Bəzi otlar da güclü iltihabəleyhinə təsirinə malikdir. Bu otların arasında: çobanyastığı, sürvə, kalendula, aloe, kalanxoe. Çobanyastığı, sürvə, kalendula kimi otların dəmləmələri angina, bağırsaqlar və sidik yolları iltihabları zamanı uğurla istifadə olunur. Aloe və kalanxoe bitkilərin şirəsi zökəm və haymorit zamanı burna damızdırmaq lazımdır. Bu vasitələr çox güclü təsir edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri