Icma.az
close
up
RU
Antibiotiklər nə dərəcədə ziyanlıdır?

Antibiotiklər nə dərəcədə ziyanlıdır?

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Antibiotiklərin zərərli olması barədə söhbətlər xeyli dərəcədə şişirdilmişdir. Əksinə, onlardan düzgün istifadə edilməsi insanı bir sıra ağır xəstəliklərdən və onların fəsadlarından qurtara bilər.

Bəzi hallarda elə bir vəziyyət yaranır ki, yalnız antibiotiklərdən istifadə edilməsi, xəstənin hətta həyatının qorunmasına səbəb olur. Bu halda antibiotiklərin zərəri barədə düşünmək yersiz olur.

Antibiotiklərin yanaşı mənfi təsirləri (allergik reaksiya, daxili orqanlara olan toksik təsirlər və s.) kifayət qədər az hallarda rast gəlinir. Əksər hallarda bunun səbəbi, xəstənin antibiotiki həkim tərəfindən təyin olunan qaydada yox, “özü bildiyi” kimi – dozasını, qəbul vaxtını və müddətini dəyişərək qəbul etdiyi hallarda baş verir. Məhz buna görə, antibiotikləri qəbul edərkən həkim tərəfindən təyin edilən qaydalara ciddi şəkildə əməl etmək və antibiotiklərin qəbul edilməsi zamanı özlərində baş verən dəyişikliklər barədə ona məlumat vermək lazımdır.

Qeyd etmək lazımdır ki, antibotiklərin düzgün işlədilməsi zamanı baş verən fəsadlar da olur: bağırsaqların disbakteriozu, immunitetin zəifləməsi və s. Ona görə də disbakteriozun əmələ gəlməməsi üçün, antibiotiklər qəbul edərkən paralel şəkildə probiotiklər, immunitetin normallaşdırılması üçün isə vitamin kompleksləri qəbul etmək lazımdır.

Antibiotikləri alarkən mütləq onların son istifadə olunma tarixlərinə diqqət yetirin. İstifadə vaxtı başa çatmış olan antibiotiklərin qəbul edilməsi çox təhlükəlidir! Çünki, istifadə müddəti başa çatdıqdan sonra bir çox antibiotiklərin toksik təsiri kəskin şəkildə artır.

Əgər siz daimi olaraq hər hansı digər dərman preparatı da qəbul edirsinizsə, bu haqda mütləq həkiminizə məlumat verin. Antibiotiklərin bir sıra dərmanlarla eyni vaxtda qəbul edilməsi bəzən onların təsirinin azalmasına, bəzən isə toksik təsirlərinin artmasına səbəb ola bilər.

Beləliklə, antibiotikləri yalnız həkim təyinatı üzrə, onun dozasını və müddətini artırmadan qəbul etdikdə (savadlı həkim onları yalnız vacib olduqda təyin edir) əksər hallarda heç bir zərər vermir. Lakin bir sıra xəstəliklər və vəziyyətlər var ki, bu hallarda antibiotiklərdən istifadə olunması insan üçün təhlükəli ola bilər.

Bu xəstəliklər və vəziyyətlər hansılardır?

- Hamiləlik. Əksər antibiotiklərin inkaşafda olan dölə mənfi təsir etməsi səbəbindən, hamiləlik zamanı onların tətbiq edilməsi mütləq əks-göstəriş hesab edilir. Hamiləlik zamanı antibiotiklərdən istifadə edilməsi, hamiləliyin ilk 3 ayı ərzində maksimal dərəcədə təhlükəli hesab olunur! Doğulmayan uşaq (ümumiyyətlə isə bütün uşaqlar) üçün tetrasiklin, doksisiklin, levomisetin və digər antibiotiklər xüsusilə zərərlidir.

Bəzi hallarda, hamiləlik vaxtı antibiotiklərdən istifadə olunmasına qoyulan qadağanı pozmaq lazım gəlir. Məsələn, ananın orqanizmində həm onun, həm də uşağın həyatının təhlükədə olduğu pnevmoniyanın və ya digər təhlükəli xəstəliyin inkişaf etməsi zamanı. Belə hallarda həkimlər, dölə ən az toksik təsir göstərə bilən, antibiotiki seçirlər.

- Uşaq əmizdirilməsi – antibiotikdən istifadə edilməsinə nisbi əks-göstəriş hesab edilir. Bilavasitə doğuşdan sonra və ya ondan bir qədər sonra antibiotiklərdən istifadə edilməsi – tez-tez rast gəlinən haldır. Bunun səbəbi doğuşdan sonra müxtəlif infeksion fəsadların baş verməsidir. Məlumdur ki, bir çox antibiotiklər aktiv şəkildə ana südünə keçərək, onun tərkibində uşaq üçün təhlükəli olan miqdarda toplanırlar. Ona görə də, uşağın əmizdirilməsi dövründə, anaya antibiotiklərin təyin edilməsi vacib olarsa, bu zaman, müalicə müddəti ərzində uşağın ana südü ilə əmizdirilməsini dayandırmaq lazımdır. Əmizdirmədən imtina edilməsini, müalicə başa çatdırıldıqdan sonra daha 2-3 gün ərzində də davam etdirmək lazımdır, çünki, bir sıra antibiotiklər orqanizmdə yığılaraq, onların qəbulu başa çatdıqdan sonra, yalnız bir neçə gün ərzində orqanizmdən tam şəkildə çıxarılmış olurlar.

- Uşaq yaşlarında. Uşaqlarda antibiotiklərin yalnız müəyyən qrupları istifadə edilə bilər. Penisillin, sefalosporinlər, makrolid qrupundan olan antibiotiklər uşaq orqanizmi tərəfindən daha asanlıqla tab gətirilə bilən preparatlar hesab olunur. Uşaqlarda güclü antibiotiklərdən istifadə edilməsi yalnız, daha təhlükəsiz antibiotiklərlə müalicə effekt vermədiyi halda tətbiq edilə bilər. İstənilən halda, xüsusən də uşaqlarda, hər hansı bir  antibiotikin təyin edilməsi üzrə seçim yalnız həkim tərəfindən edilə bilər.

- Böyrək  və qara ciyər çatışmazlığı olan xəstələr. Antibiotikləri təyin etməzdən qabaq böyrəklərin və qara ciyərin vəziyyətini yoxlamaq vacib hesab edilir. Məhz bu orqanlar, antibiotikləri aktiv şəkildə toplayaraq emal etdikləri üçün, onların təsirindən də ən çox “əziyyət çəkirlər”. Antibiotiklərin qəbul edilməsi xroniki böyrək və qara ciyər xəstəliyindən əziyyət çəkənlərin vəziyyətini daha da ağırlaşdıra bilər. Ona görə də antibiotiklərdən istifadə edilməsi üçün, böyrəklərin və qara ciyərin kəskin və xroniki xəstəlikləri (pielonefrit, qlomerulonefrit, hepatit), həmçinin böyrək və qara ciyər çatışmazlıqları əks-göstəriş hesab edilir. Belə xəstəlik hallarında toksik təsiri aşağı olan antibiotiklərdən (penisillin, sefalosporinlər) istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.

- Allergiyadan (növündən asılı olmayaraq) əziyyət çəkən insanlar. Antibiotiklər – allergik reaksiya verə bilən dərmanlardan biridir. Allegiya yüngül halda bədəndə müəyyən miqdarda səpgilərin əmələ gəlməsi, ağır halda isə, vaxtında düzgün və dəqiq tibbi yardım göstərilməməsi nəticəsində, xəstənin ölümü ilə nəticələnə bilən anafilaktik şok (ani güclü allergik reaksiya) şəklində meydana çıxa bilər. Məhz buna görə həkim qəbulunda olarkən, sizdə allergiyaya meylliliyin olması, həmçinin nə vaxtsa,  hər hansı antibiotiklərə qarşı allergiyanın baş verməsi hadisəsi barədə həkimə mütləq  məlumat vermək lazımdır. Həmin antibiotiklərin adını yadda saxlayaraq həkimi bu barədə xəbərdar etmək zəruridir. Qeyd etmək lazımdır ki, antibiotiklərə qarşı allergik reaksiyanın olması allergiyaya meylli olmayan adamlarda da (əlbətdə ki, allergiyalılara nisbətən daha nadir hallarda) baş verə bilər. Bu isə həmin preparata qarşı fərdi dözümsüzlüyün olması ilə izah olunur.

Bir daha yadda saxlayın – pis dərman olmur. Sadəcə olaraq, bəzi hallarda təcrübəsiz həkimlər, bəzən isə özünə “arxayın” olan xəstələr bu dərmanları “yersiz” olaraq təyin edirlər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri