Icma.az
close
up
RU
Antiinhisar qurumu 5 şirkət barəsində protokol tərtib edib

Antiinhisar qurumu 5 şirkət barəsində protokol tərtib edib

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2026-cı il ərzində reklam qanunvericiliyinin pozulması ilə bağlı 5 şirkət barəsində inzibati xəta protokolu tərtib edib.

Bunu Dövlət Agentliyi məlumat verib.

12 yanvar 2026-cı il tarixində “Trip Center of Baku” MMC barəsində protokol tərtib olunub. Şirkət reklam etdiyi malların və xidmətlərin qiymətlərini göstərsə də, həmin qiymətləri manatla ifadə etmədiyi üçün “Reklam haqqında” qanunun 4.9-cu maddəsinin tələblərini pozub və bu hal İnzibati Xətalar Məcəlləsinin 428.6-cı maddəsi ilə qiymətləndirilib.

10 fevral 2026-cı il tarixində “TTC Group” MMC barəsində inzibati protokol tərtib edilib. Şirkətin reklam fəaliyyəti zamanı istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı verilmiş qanuni göstərişlərə əməl etmədiyi müəyyən olunub. Bu pozuntu “Reklam haqqında” qanunun 4.6-cı və 28-ci maddələrinin tələblərinə zidd hesab edilərək İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə rəsmiləşdirilib.

10 mart 2026-cı il tarixində “Zeta Play” MMC barəsində protokol tərtib olunub. Yoxlamalar nəticəsində şirkətin qadağan olunmuş məhsul və xidmətlərin reklamını yaydığı, həmçinin reklam qaydalarına əməl etmədiyi aşkar edilib. Bu hal qanunun 4.7-ci maddəsinin pozulması kimi qiymətləndirilib və İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə rəsmiləşdirilib.

11 mart 2026-cı il tarixində “ABC-Telecom” MMC (Kontakt Home) barəsində də inzibati xəta protokolu tərtib edilib. Şirkətin reklam yayımı zamanı qanunla müəyyən olunmuş qaydalara əməl etmədiyi və qadağan olunmuş reklam tələblərini pozduğu müəyyən edilib. Bu pozuntu “Reklam haqqında” qanunun 4.2-ci və 7.1.4-cü maddələri ilə əlaqələndirilərək İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi üzrə qiymətləndirilib.

16 mart 2026-cı il tarixində isə “Rich Motors” MMC barəsində protokol tərtib olunub. Şirkətin qadağan olunmuş reklam fəaliyyəti ilə məşğul olduğu və reklam yayımı qaydalarını pozduğu aşkar edilib. Bu hal “Reklam haqqında” qanunun 6.1.1-ci maddəsinin tələblərinin pozulması kimi qeydə alınaraq İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsi ilə rəsmiləşdirilib.(banker.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:123
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 Aprel 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri