Icma.az
close
up
RU
Antimilli ünsürlər Azərbaycanın uğurlarını qəbul edə bilmirlər Vüqar Rəhimzadə

Antimilli ünsürlər Azərbaycanın uğurlarını qəbul edə bilmirlər Vüqar Rəhimzadə

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan beş ildir tarixi Zəfərimizin reallıqlarını yaşayır. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz ölkəmizin malik olduğu imkanların, ən əsası ədalətin və beynəlxalq hüququn kimin tərəfində olduğunun təsdiqi kimi dəyərləndirildi. 30 il dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin nəticəsi olaraq maraqların arxasında dayanan ədalət və beynəlxalq hüquq bərpa olundu. Bunu Azərbaycan özü həll etdi. 44 gündə 30 ilin işğalına son qoymaq, hər günü tarixə zəfər kimi yazmaq Azərbaycanın döyüş meydanında və informasiya məkanında üstünlüyünü dünyaya nümayiş etdirdi. Bu tarixi Zəfərin reallıqları əsasında Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi. Son beş ildə sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyi diqqətdən kənarda qalmadı. Görünən bu idi ki, Ermənistanın 30 illik işğal dövründə himayədarlarından asılılığı postmünaqişə dövründə də davam etdi. Ermənistan Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini dəstəkləməklə sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu təsdiqlədiyi halda himayədarlarının qeyri-ciddi fikirləri, əsassız təbliğatları bu prosesin uzanmasını şərtləndirdi. Ölkəmizin qarşı tərəfə irəli sürdüyü iki şərtin-Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi və ATƏT-in Minsk qrupunun ləğvi reallaşarsa, sülh müqaviləsinin imzalanması prosesi qaçılmaz olacaq. Artıq dövlət başçısı İlham Əliyevin tarixə Vaşinqton zirvəsi kimi yazılan ABŞ-a işgüzar səfəri çərçivəsində həmin şərtlərdən birinin - ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı sənəd imzalandı. Səfər çərçivəsində əldə olunan tarixi sülh razılaşması, imzalanan sənədlər Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı aydın təsəvvür yaradır. Azərbaycan dövlətinin növbəti diplomatik qələbəsi kimi dəyərləndirilən Vaşinqton zirvəsi dayanıqlı sülhün və təhlükəsizliyin təminatında əhəmiyyətli rolu ilə ölkə və dünya mətbuatında geniş şərh olunur. Azərbaycanın ədalət və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın bütün sahələrdə yeni çağırışlara uyğun olaraq davamlı inkişafına geniş imkanlar açır. Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu, söz sahibliyi qürurvericidir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən antimilli ünsürlər bu gün də siyasi qısqanclıq hisslərini qabarıq şəkildə büruzə verirlər. Görəsən, Prezident İlham Əliyevin ABŞ səfəri həmin ünsürləri niyə bu qədər narahat etdi? Tarixi Zəfərimizə qədər hazırda tarixə qovuşan Qarabağ münaqişəsindən öz maraqlarını həyata keçirmək, ictimai fikirdə çaşqınlıq yaratmaq üçün bir vasitə kimi bəhrələnən bədxahlar belə rəy yaratmağa çalışırdılar ki, guya hakimiyyət problemin həllində maraqlı deyil, keçmiş məcburi köçkünlərə şərait yaratmaqla onlara bu problemi, torpaqlarımızı unutdurmağa çalışır. Amma dövlət başçısı İlham Əliyevin bəyanatlarına diqqət yetirsək görərik ki, hər zaman bu çağırış edilirdi ki, xalqımız işğalla heç zaman barışmayacaq. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Keçmiş məcburi köçkünlərlə görüşlərdə isə bu inam ifadə olunurdu ki, onlar üçün yaradılan şərait müvəqqəti xarakter daşıyır. Tezliklə münaqişə öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu məkanlar cənnətə çevriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu vədi verdi və reallığa çevirdi. Diqqət yetirsək tarixi Zəfərə imza atanda artıq keçmiş münaqişədən öz çirkin maraqları üçün istifadə edə bilməyəcəklərini görən antimilli ünsürlər narahatlıqlarını gizlətmədilər. Diqqət yetirsək həmin dövrdə 50-dən artıq siyasi partiya Müzəffər Ali Baş Komandan İlham Əliyevə dəstəklərini birgə bəyanat imzalamaqla təsdiqlədilər. Lakin kərimov əlilər, “milli şura”çılar, müsavatçılar bu bəyanata qoşulmayaraq tarixi Zəfərimizə sevinmədiklərini nümayiş etdirdilər. Torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərlə və ermənipərəst dairələrlə işbirliyində olan kərimov əlilərin cızdıqları ssenarilərin alt-üst olması onları narahat etməyə bilməzdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkə ictimaiyyəti də bilir ki, bu gün dövlətə və xalqa düşmən mövqedə dayanan Kərimov Əli və komandası 2009-2012-ci illər ərzində Avropa və ABŞ institutlarından aldığı milyonlarla qrant vəsaitlərinə qarşılıq olaraq hakimiyyətə gələcəkləri təqdirdə işğal altında olan torpaqları ermənilərə bəxşiş verəcəklərini bildirmişdilər. Kərimov Əli ilə eyni masanı bölüşən, “Milli Şura” adlı qondarma qurumda birgə yer alarkən Müsavat Partiyasının başqanı hakimiyyətə gəlmək üçün torpaqlarımızı Ermənistana bağışlamağa belə razılaşmışdılar. AXCP-Müsavatın fəlsəfəsində satqınlıq mayası əvvəldən var. Şuşanın, Laçının, Kəlbəcərin işğal altına düşməsində birbaşa AXC-Müsavat tör-töküntülərinin əlinin olması fakt deyilmi? Yaxud bu həmin Kərimov Əli 1992-ci ilin may ayında Qərb dövlətlərinə məktub yazaraq hakimiyyətə gəlmələrinə dəstək olması barədə yalvarmırdımı? Hakimiyyəti silahla ələ keçirən Kərimov Əli kimilər elə özlərinin yaratdıqları saxta “Milli Qəhrəmanlar” vasitəsilə də hakimiyyətdən qovulmadılarmı? Surət Hüseynovun dar ağacından qurtulmaq, xilas olmaq üçün Ulu Öndər Heydər Əliyevə sığınanlar AXC-Müsavat tör-töküntüləri deyildimi?

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin “Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir” çağırışı qaranlıq keçmişləri özlərinə “sirr”, xalqa isə yaxşı məlum olan antimilli ünsürlərə cavabdır. Bu gün bir illik hakimiyyətləri dövründə Azərbaycanın müstəqilliyini, bir dövlət kimi varlığını təhlükə altında qoyan AXC-Müsavat cütlüyünün təmsilçiləri 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin bu günümüzə və gələcəyimizə xidmət edən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində ölkəmizin uğurdan uğura, Zəfərdən zəfərə doğru addımlamasının şahidinə çevrilir və bundan qısqanclıq hissini gizlədə bilmirlər. Bu gün Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində sakinlərinə qovuşan yaşayış məntəqələrimizin sayı 20-ni keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrə qədəm qoyan Azərbaycan yeni çağırışları yüksək səviyyədə cavablandırmaqla regionda və dünya siyasətində yeniliklərə imza atır. Azərbaycanın yeni dünya nizamının formalaşmasına davamlı töhfələri beynəlxalq səviyyədə təqdir edilir. Buna əsas verən ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, “sapı özümüzdən olan baltalar”ın reallıqlarla barışmamaq səbəblərindən biri də xarici himayədarlarının maddi dəstəklərindən məhrum olmalarıdır. Bu ünsürlərin demokratiya, insan hüquqları bəhanəsi ilə müxtəlif səfirliklərdən, donor təşkilatlarından yalvararaq aldıqları maliyyə kəsilmək üzrədir. Kərimov Əlinin Fransa Beynəlxalq Radiosuna müsahibəsində ölkəmizin əleyhinə apardığı təbliğat, qondarma “siyasi məhbus” məsələsini qabartması da bununla bağlıdır. Sülh sazişinin əsas prinsiplərinin müəllifinin Azərbaycan olduğunu deməyə cəsarəti çatmayan, Bayden-Blinken administrasiyasını tərifləyən bu üzdəniraq dövlətimizin uğurlarına qısqanclığını gizlədə bilmir.

Azərbaycanın demokratik dəyərlərə sözdə deyil, əməldə sadiqliyi beynəlxalq səviyyədə təqdir edilir. Ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament, bu il isə bələdiyyə seçkiləri Azərbaycanın demokratik inkişafına növbəti parlaq səhifələri yazdı. İnsan hüquqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın inkişafı dövlətin siyasətində prioritet məsələlərdir. Yeni “Siyasi partiyalar haqqında”, “Media haqqında” Qanunların qəbulu da özündə mühüm məqamları ehtiva edir.

Millət vəkili bütün “fəaliyyətləri” boyu Azərbaycanın uğurlarını həzm edə bilməyən, daim ölkəmizin demokratik inkişafına, hakimiyyətin atdığı addımlara kölgə salmağa çalışan bədxahların, düşmən dəyirmanına su tökənlərin keçmişinə, dünəninə və bu gününə baxışı əsasında hazırkı narahatlıqlarının səbəblərini bir daha ictimaiyyətə açıqlayıb. Bu ünsürlər illərdir unudurlar ki, xalqa deyil, xarici dairələrə arxalanıb onlardan dəstək umanların taleyi belə olmalıdır. İllərdir siyasi səhnədə küncdə yer aldıqları halda, “bəlkə dirildik” prinsipinə söykənərək gündə bir qeyri-ciddi fikirlə gündəmdə olmağa, varlıqları barədə təsəvvür yaratmağa çalışsalar da, bunun mümkünsüzlüyünün fərqindədirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Avqust 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri