Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Vüqar Rəhimzadə: Antimilli ünsürlərin qaranlıq fəaliyyətləri Azərbaycanın uğurlarını qəbul etmələrinə böyük maneədir KONKRET

Vüqar Rəhimzadə: Antimilli ünsürlərin qaranlıq fəaliyyətləri Azərbaycanın uğurlarını qəbul etmələrinə böyük maneədir KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan beş ildir tarixi Zəfərimizin reallıqlarını yaşayır. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz ölkəmizin malik olduğu imkanların,  ən əsası ədalətin və beynəlxalq hüququn kimin tərəfində olduğunun təsdiqi kimi dəyərləndirildi. 30 il dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin nəticəsi olaraq maraqların arxasında dayanan ədalət və beynəlxalq hüquq bərpa olundu. Bunu Azərbaycan özü həll etdi. 44 gündə 30 ilin işğalına son qoymaq, hər günü tarixə zəfər kimi yazmaq Azərbaycanın döyüş meydanında və informasiya məkanında üstünlüyünü dünyaya nümayiş etdirdi.

Bu tarixi Zəfərin reallıqları əsasında  Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi. Son beş ildə sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyi diqqətdən kənarda qalmadı. Görünən bu idi ki, Ermənistanın 30 illik işğal dövründə  himayədarlarından asılılığı postmünaqişə dövründə də davam etdi. Ermənistan Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən  sülh təklifini dəstəkləməklə  sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu təsdiqlədiyi halda himayədarlarının qeyri-ciddi fikirləri,  əsassız təbliğatları bu prosesin uzanmasını şərtləndirdi. Ölkəmizin qarşı tərəfə irəli sürdüyü iki şərtin-Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi və ATƏT-in Minsk qrupunun ləğvi reallaşarsa,  sülh müqaviləsinin imzalanması prosesi qaçılmaz olacaq. Artıq dövlət başçısı İlham Əliyevin  tarixə Vaşinqton zirvəsi kimi yazılan ABŞ-a işgüzar səfəri çərçivəsində  həmin şərtlərdən birinin – ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı sənəd imzalandı. Səfər çərçivəsində əldə olunan tarixi sülh razılaşması, imzalanan sənədlər Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı aydın təsəvvür yaradır. Azərbaycan dövlətinin növbəti diplomatik qələbəsi kimi dəyərləndirilən Vaşinqton zirvəsi  dayanıqlı sülhün və təhlükəsizliyin təminatında  əhəmiyyətli rolu ilə ölkə və dünya mətbuatında geniş şərh olunur. Azərbaycanın ədalət və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın bütün sahələrdə yeni çağırışlara uyğun olaraq davamlı inkişafına geniş imkanlar açır. Ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan rolu, söz sahibliyi qürurvericidir.

KONKRET.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən antimilli ünsürlər bu gün də siyasi qısqanclıq hisslərini qabarıq şəkildə büruzə verirlər.  Görəsən,  Prezident İlham Əliyevin ABŞ səfəri həmin  ünsürləri niyə bu qədər narahat etdi?  Tarixi Zəfərimizə qədər hazırda tarixə qovuşan Qarabağ münaqişəsindən öz maraqlarını həyata keçirmək, ictimai fikirdə çaşqınlıq yaratmaq üçün bir vasitə kimi bəhrələnən bədxahlar belə rəy yaratmağa çalışırdılar ki, guya hakimiyyət problemin həllində maraqlı deyil, keçmiş məcburi köçkünlərə şərait yaratmaqla onlara bu problemi, torpaqlarımızı unutdurmağa çalışır. Amma dövlət başçısı İlham Əliyevin bəyanatlarına diqqət yetirsək görərik ki,  hər zaman bu çağırış edilirdi ki, xalqımız işğalla heç zaman barışmayacaq. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Keçmiş məcburi köçkünlərlə görüşlərdə isə bu inam ifadə olunurdu ki, onlar üçün yaradılan şərait müvəqqəti xarakter daşıyır. Tezliklə  münaqişə öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu məkanlar cənnətə çevriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu vədi verdi və reallığa çevirdi. Diqqət yetirsək tarixi Zəfərə imza atanda artıq keçmiş münaqişədən öz çirkin maraqları üçün istifadə edə bilməyəcəklərini görən antimilli ünsürlər narahatlıqlarını gizlətmədilər. Diqqət yetirsək həmin dövrdə 50-dən artıq siyasi partiya Müzəffər Ali Baş Komandan İlham Əliyevə dəstəklərini birgə bəyanat imzalamaqla təsdiqlədilər. Lakin kərimov əlilər, “milli şura”çılar, müsavatçılar bu bəyanata qoşulmayaraq tarixi Zəfərimizə sevinmədiklərini nümayiş etdirdilər. Torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərlə və ermənipərəst dairələrlə işbirliyində olan kərimov əlilərin cızdıqları ssenarilərin alt-üst olması onları narahat etməyə bilməzdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkə ictimaiyyəti də bilir ki, bu gün dövlətə və xalqa düşmən mövqedə dayanan Kərimov Əli və komandası 2009-2012-ci illər ərzində Avropa və ABŞ institutlarından aldığı milyonlarla qrant vəsaitlərinə qarşılıq olaraq hakimiyyətə gələcəkləri təqdirdə işğal altında olan torpaqları ermənilərə bəxşiş verəcəklərini bildirmişdilər. Kərimov Əli ilə eyni masanı bölüşən, “Milli Şura” adlı qondarma qurumda birgə yer alarkən Müsavat Partiyasının başqanı hakimiyyətə gəlmək üçün torpaqlarımızı Ermənistana bağışlamağa belə razılaşmışdılar. AXCP-Müsavatın fəlsəfəsində satqınlıq mayası əvvəldən var. Şuşanın, Laçının, Kəlbəcərin işğal altına düşməsində birbaşa AXC-Müsavat tör-töküntülərinin əlinin olması fakt deyilmi? Yaxud bu həmin Kərimov Əli 1992-ci ilin may ayında Qərb dövlətlərinə məktub yazaraq hakimiyyətə gəlmələrinə dəstək olması barədə yalvarmırdımı? Hakimiyyəti silahla ələ keçirən Kərimov Əli kimilər elə özlərinin yaratdıqları saxta “Milli Qəhrəmanlar” vasitəsilə də hakimiyyətdən qovulmadılarmı? Surət Hüseynovun dar ağacından qurtulmaq, xilas olmaq üçün Ulu Öndər Heydər Əliyevə sığınanlar AXC-Müsavat tör-töküntüləri deyildimi?

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin “Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir” çağırışı qaranlıq keçmişləri özlərinə “sirr”, xalqa isə yaxşı məlum olan antimilli ünsürlərə cavabdır. Bu gün bir illik hakimiyyətləri dövründə Azərbaycanın müstəqilliyini, bir dövlət kimi varlığını təhlükə altında qoyan AXC-Müsavat cütlüyünün təmsilçiləri  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin bu günümüzə və gələcəyimizə xidmət edən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində ölkəmizin uğurdan uğura, Zəfərdən zəfərə doğru addımlamasının şahidinə çevrilir və bundan qısqanclıq hissini gizlədə bilmirlər. Bu gün Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində sakinlərinə qovuşan yaşayış məntəqələrimizin sayı 20-ni keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə  yeni dövrə qədəm qoyan Azərbaycan yeni çağırışları yüksək səviyyədə cavablandırmaqla regionda və dünya siyasətində yeniliklərə imza atır. Azərbaycanın yeni dünya nizamının formalaşmasına davamlı töhfələri beynəlxalq səviyyədə təqdir edilir. Buna əsas verən ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, “sapı özümüzdən olan baltalar”ın reallıqlarla barışmamaq səbəblərindən biri də xarici himayədarlarının maddi dəstəklərindən məhrum olmalarıdır. Bu ünsürlərin demokratiya, insan hüquqları bəhanəsi ilə müxtəlif səfirliklərdən, donor təşkilatlarından yalvararaq aldıqları maliyyə kəsilmək üzrədir. Kərimov Əlinin Fransa Beynəlxalq Radiosuna müsahibəsində ölkəmizin əleyhinə apardığı təbliğat, qondarma “siyasi məhbus” məsələsini qabartması da bununla bağlıdır. Sülh sazişinin əsas prinsiplərinin müəllifinin Azərbaycan olduğunu deməyə cəsarəti çatmayan, Bayden-Blinken administrasiyasını tərifləyən bu üzdəniraq dövlətimizin uğurlarına qısqanclığını gizlədə bilmir.

Azərbaycanın demokratik dəyərlərə sözdə deyil, əməldə sadiqliyi beynəlxalq səviyyədə təqdir edilir. Ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament, bu il isə bələdiyyə seçkiləri Azərbaycanın demokratik inkişafına növbəti parlaq səhifələri yazdı. İnsan hüquqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın inkişafı dövlətin siyasətində prioritet məsələlərdir. Yeni “Siyasi partiyalar haqqında”, “Media haqqında” Qanunların qəbulu da özündə mühüm məqamları ehtiva edir.

Millət vəkili bütün “fəaliyyətləri” boyu Azərbaycanın uğurlarını həzm edə bilməyən, daim ölkəmizin demokratik inkişafına, hakimiyyətin atdığı addımlara kölgə salmağa çalışan bədxahların, düşmən dəyirmanına su tökənlərin keçmişinə, dünəninə və bu gününə baxışı əsasında hazırkı narahatlıqlarının səbəblərini bir daha ictimaiyyətə açıqlayıb. Bu ünsürlər illərdir unudurlar ki, xalqa deyil, xarici dairələrə arxalanıb onlardan dəstək umanların taleyi belə olmalıdır. İllərdir siyasi səhnədə küncdə yer aldıqları halda, “bəlkə dirildik” prinsipinə söykənərək gündə bir qeyri-ciddi fikirlə gündəmdə olmağa, varlıqları barədə təsəvvür yaratmağa çalışsalar da, bunun mümkünsüzlüyünün fərqindədirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Avqust 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16174

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see946

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see247

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see210

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see163

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see132

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see130

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see123

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see122

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri