Antimilli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur”
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Vaşinqtonda baş verən hadisə göstərdi ki, antimilli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur”.
Ölkə.Az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında bu "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
O bildirib ki, bu addımlar Azərbaycan dövlətinə qarşı yönələn məqsədli xətdir:
"Həmin şəxslər erməni şovinist dairələri ilə açıq və ya gizli sinxron hərəkət edərək, faktiki olaraq eyni cəbhədə yer alırlar. Bu artıq fərqli mövqe deyil - bu, Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş məqsədli xətdir”.
O bildirib ki, Pallone Xocalı həqiqətlərini inkar edən fiqurdur:
"Təsadüfi deyil ki, həmin aqressiv və qeyri-etik aksiyaya ilk dəstək ABŞ-dəki erməni lobbisinin əsas strukturlarından olan ANCA tərəfindən verildi. Antimilli çıxışlara dərhal siyasi çalar qazandırmaq, onları "haqq səsi” kimi təqdim etmək cəhdi məhz bu dairələrin maraqlarına xidmət edir. Ardınca isə Azərbaycanın uzun illərdir açıq düşməni kimi çıxış edən Frank Pallone səsini qaldırdı. Pallone 907-ci düzəlişin təşəbbüskarlarından biri kimi Azərbaycana qarşı sanksiya siyasətini dəstəkləyən, Xocalı həqiqətlərini inkar edən, vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlər edən fiqurdur. Onun erməni lobbisi ilə sıx əlaqələri illərdir müzakirə mövzusudur və fəaliyyəti faktiki olaraq bu dairələrin siyasi xəttinə paralel gedir”.
F.Şahbazlı deyib ki, Vaşinqtondakı aksiya planlı təxribat cəhdidir:
"Belə bir kontekstdə Vaşinqtondakı aksiyanın xarakteri də aydın görünür. Böyük beynəlxalq tədbirin keçirildiyi gün ABŞ-nin təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaq, otelin ətrafındakı təhlükəsizlik perimetrini zorakı formada yarmağa cəhd göstərmək, təhrikedici və qeyri-etik ifadələr işlətmək nə "demokratiya”, nə də "söz azadlığı” ilə izah oluna bilər. Bu, planlı təxribat cəhdidir.
Nəticədə həmin ünsürlərin cəhdlərinin qarşısı ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən alındı. Bu fakt özü göstərdi ki, hüquq və qayda hər yerdə keçərlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Fevral 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















