Icma.az
close
up
RU
“Antimilli ünsürlərin vaxtında zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır”

“Antimilli ünsürlərin vaxtında zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır”

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın yerləşdiyi coğrafiya, ölkəmizin artan nüfuzu burada cəmiyyəti parçalamaq, cəmiyyətlə dövlət arasında monolitliyi sarsıtmaq cəhdlərilə çıxış edən ünsürlərlə mübarizəni də qaçılmaz edir. Təəssüf ki, bu prosesdə milli satqınlar ön plandadır və onlardan alət kimi istifadə olunur. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli də hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur. Ə.Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır. R.Mehdiyev də dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət, eyni zamanda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur.

Görünən budur ki, Ramiz Mehdiyev-Əli Kərimli cütlüyünün hakimiyyəti ələ keçirmək planı olub və bu plan iflasa uğrayıb. 2019- cu il oktyabrın 19-da, Ramiz Mehdiyevin Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən azad olunmasından cəmi 4 gün əvvəl antimilli şura Bakıda icazəsiz mitinq təşkil etməyə cəhd göstərmişdi, hətta Əli Kərimli mitinq iştirakçılarını polisin qanuni tələblərinə riayət etməməyə təhrik edirdi. Həmçinin Tovuz döyüşləri zamanı da AXC-nin təxribatçı davranışlarının şahidi olduq. Belə ki, xalqımızın erməni təxribatlarına etiraz olaraq Bakıda Şəhidlər Xiyabanına doğru birlik yürüşünə Əli Kərimlinin dəstəsindən olan təxribatçıların müdaxiləsi, eyni zamanda Milli Məclisin binasını ələ keçirmək cəhdi də bu məkrli planın tərkib hissəsi idi. Azərbaycanın əsas hədəfi ərazi bütövlüyü və suverenliyimizin bərpasını təmin etmək olduğu halda bəzi siyasi qruplar öz maraqlarını milli maraqlardan üstün tutaraq, şimaldan xüsusi təlimatlar alır, ölkədə çevriliş etməyə, xaos yaratmağa çalışırdılar.

Burada AXCP-ni Rusiyaya bağlayan maraqlar açıq şəkildə özünü göstərir. Belə ki, Əli Kərimli 2013-cü il seçkiləri ərəfəsində formalaşan məlum  “Milyarderlər İttifaqı”nın maliyyəsi hesabına Cəmil Həsənli və Gültəkin Hacıbəylinin də təmsil olunduğu Milli Şuranı yaratmışdı. Yəni, AXCP və Milli Şuranın maliyyələşməsində Rusiyada yaşayan azərbaycanlılardan istifadə olunması diaspora üzərindən siyasi tələblərin mövcudluğunu təsdiqləyir.  Son araşdırmalar da göstərir ki, Ramiz Mehdiyev və Əli Kərimli arasında gizli görüşlər, məxfi məlumat mübadiləsi həyata keçirilsə də, məkrli “Dövlət Şurası” planı baş tutmayıb. 

Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqazda təsir dairəsini genişləndirməyə çalışan şimal qonşumuzun bu məqsədlə Azərbaycanda Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə edəcəyi, radikal davranışları ilə seçilən AXCP-nin bu prosesdə öndə gedəcəyi istisna edilmir. Bu mənada AXCP-nin vaxtında zərrəsizləşdirilməsi bütövlükdə  dövlət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Siyasəti “şəxsi maraqlar üçün mübarizə” kimi görən bu antimilli ünsürlər anlamır ki, milli maraqlar strateji xarakter daşıyır. Milli və dövlətçilik maraqları bütün xalqı birləşdirən dəyərlərdir,  cəmiyyətin və dövlətin əsas sütunlarıdır. Ona görə də siyasi maraqlar ümummilli dəyərlərlə uyğunlaşdırılmalı, ziddiyyət yaratmamalıdır. Bu, həm dövlətin davamlılığı, həm də cəmiyyətin rifahı üçün vacibdir. Burada ayırıcı, destruktiv ünsürlərə yer yoxdur.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Dekabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri