Icma.az
close
up
RU
“Milli” adında antimilli ünsürlərin antiinsan cılızlığı

“Milli” adında antimilli ünsürlərin antiinsan cılızlığı

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-də keçirilən "Sülh Şurası"nın iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinə qarşı bir qrup şəxsin təxribatı demokratiya pərdəsi altında siyasi təzyiq göstərməkdən başqa bir şey deyil. 

Gəlin diqqət edək: ABŞ və Azərbaycan arasında ən yüksək səviyyədə əlaqələr qurulur, qarşılıqlı əməkdaşlıq genişlənir, mötəbər beynəlxalq məclislərdə dünyanın ən qüdrətli ölkəsinin başçısı Azərbaycan prezidentini təqdir edir, tərifləyir, ona xüsusi diqqət göstərir, fəaliyyətinə görə rəğbətini bildirir.

Amma okeanın o tayında iclasda iştirak edən ölkəmizin rəhbərliyinin qaldığl otelin qarşısına bir neçə nəfər “həmvətənimiz” yığışıb əllərində telefon çığır-bağır salırlar. Guya bunlar demokratdırlar, sual verəcəklər, Azərbaycanı “ifşa” edəcəklər və s. 

Bu cür rüsvayçı hərəkətlərlə özlərini aldadan və sosial şəbəkə istifadəçilərini aldatmağa çalışan bu adamların kimlərə və nəyə görə xidmət etdikləri cəmiyyətə çoxdan aydındır. İndi siyasi riyakarlığın mahiyyətini hamı bilir.

İnkişaf etmiş ölkələrdə müxtəlif yollarla siyasi mühacir statusu alaraq sosial yardımlar hesabına yaşayan bu cür adamların gizli xidmət orqanları, yaxud ayrı-ayrı təşkilatlar tərəfindən ələ alınması hər kəsə məlumdur. 

Çünki həmin adamlarda pul sevgisi insanlıq sevgisindən qat-qat yüksək olur. Bu pulgirliyə görə də nəyə desən razılaşırlar. Xalqımıza zülm edən, inkişafımızı ən azı 30 il geri salan erməni müharibə cinayətkarlarına Azərbaycan məhkəməsi tərəfindən layiq olduqları cəzaların verilməsi Azərbaycanı istəməyən bəzi Qərb dövlətləri, o cümlədən Amerikadakı ermənipərəst dairələr tərəfindən həzm oluna bilmir. 

Məhz buna görə də dərhal Azərbaycandan olan antimilli ünsürlər dolayısı yollarla həmin dairələrdən tapşırıqlar alırlar. Bu cür “tryuk”lar çoxdan faş olunub və həqiqət qarşısında səmərəsiz olduğu təsdiqlənib. Ancaq nə edəsən ki, pulgirlik hələ də bu cür alçaq metodlara rəvac verir. 

“Waldorf Astoria” mehmanxanasının qarşısındakı təxribatçı çıxışların bir məqsədi də budur: erməni cinayətkarlar guya cinayətlərinə görə yox, Azərbaycanda demokratiyanın olmamasına görə məhkum ediliblər.

Təsadüfi deyil ki, ermənilərin üzdəniraq amerikalı dostu, ABŞ Senatının nümayəndələr palatasının keçmiş sədri Nensi Pelosi də bu günlərdə fəallaşıb.

Görün bu təxribatçılar nə qədər həyasızlaşıblar ki, xarici dövlətin nümayəndə heyətinin təhlükəsizliyi üzrə qaydaları pozmaqdan da çəkinmirlər. Bu fakt sübut edir ki, bu adamlar ümumiyyətlə demokratiyanın nə olduğunu bilmirlər və bunu həyasızlıqla qarışıq salırlar. Üstəlik də öz ağalarından aldıqları tapşırıqları yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar. Axı, ortada qazanc söhbəti var. Allah kəssin bu cür qazancı!

Akif Nağı
Azad Vətən Partiyasının sədri

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Fevral 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri